Kənd təsərrüfatı istehsalçıları ilə bağlı hansı ziddiyyətli məqam aradan qaldırılır? (9-cu yazı)

Kənd təsərrüfatı istehsalçıları ilə bağlı hansı ziddiyyətli məqam aradan qaldırılır? (9-cu yazı)

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.

 

Vergi Məcəlləsində kənd təsərrüfatı istehsalçılarına münasibətdə ziddiyətli məqamlardan biri də, onlara dövlət büdcəsinin vəsati hesabına verilən subsiyadaların vergitutma obyekti olması ilə bağlıdır. Vergi Məcəlləsində subsiyadaların vergidən azad olunması ilə bağlı hər hansı qeyd olmadığından bəzi həmkarlarımız hesab edirdilər ki, bu tip gəlirlər vergiyə cəlb olunmalıdır. Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-ci maddələrində yalnız bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlərin müvafiq olaraq gəlir vergisindən azad olunması qeyd edilmişdi.

1 yanvar 2023-cü ildən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərdə 102.1.11-ci və 106.1.14-cü maddələrə “bu fəaliyyət üzrə satışdankənar gəlirləri, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar” sözlərinin əlavə olunması təklif edilir.

Dəyişikliklər paketində Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələri aşağıdakı yeni redaksiyada verilib:

102.1.11. bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar;

106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən satışdankənar gəlirləri və kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər