“Peşəkar Mühasib Sertifikatı. II mərhələ” kitabının 5-ci təkmilləşdirilmiş nəşri

“Peşəkar Mühasib Sertifikatı. II mərhələ” kitabının 5-ci təkmilləşdirilmiş nəşri

“MKS Academy”nin “Peşəkar Mühasib Sertifikatı. II mərhələ” kitabının 5-ci təkmilləşdirilmiş nəşri artıq qarşınızdadır.  Oxucuların PMS imtahanının II mərhələsinə hazırlıq zamanı kitabımızdan istifadə edərək yüksək nəticələr əldə etmələri və bunu müxtəlif yollarla bizə bildirmələri yeni nəşrə daha məsuliyyətlə yanaşmağımıza stimul vermişdir.
Kitabın bu nəşrinə 1500-dən çox test tapşırığı daxil edilmişdir. Onlardan 850-dən çoxu vergi, 200-ü mülki, 300-ü əmək, 150-si isə büdcə qanunvericiliyini əhatə edir. Açıq tipli suallara xüsusi yer ayrılmış, ümumilikdə 32 sual (ƏDV – 13, mənfəət vergisi – 8, fiziki şəxslərin gəlir vergisi – 7, sadələşdirilmiş vergi – 3, şəxsi hesab vərəqəsi – 1) üzrə ətraflı izahlar təqdim olunmuşdur. Bundan əlavə, mövzuların izahında 10-dan çox praktik misaldan istifadə edilmişdir.
Vergi testləri 1 və 2 ballıq olmaqla təsnifləşdirilmişdir: 550-dən çox 1 ballıq, 300 ədəd 2 ballıq test tapşırığı mövcuddur. 2 ballıq testlər məsələ formasında təqdim edilmiş və onların həlli yolları izah olunmuşdur. Nəşrdə PMS imtahan sualları ilə yanaşı, təcrübədə rast gəlinən əlavə tapşırıqlara da yer verilmişdir.

Kitabın mündəricatı yükləyin

0 Komment

    Şərh yazın