ƏLA XƏBƏR! sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 1 il uzadılır

ƏLA XƏBƏR! sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 1 il uzadılır

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il uzadılmasını nəzərdə tutur.

Qeyd edilən qərarın qüvvəyə minməsi nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək yoxlamaları öncəki dövrlərdə olduğu kimi yalnız şikayət əsasında həyata keçiriləcək və işəgötürəndə əsaslı yoxlamalar həyata keçirilməsinin müddəti daha bir il uzadılacaq.

24 yanvar 2026-ci il (şənbə günü) keçiriləcək növbəti təlimimiz "Məzuniyyətlərin uçotu: A-dan Z-yə" (Əmək Məcəlləsində son dəyişikliklər nəzərə alınmaqla) adlanır. Tematik təlimdə son dəyişiklik nəticəsində məcburi əmək məzuniyyətinə göndərilmə , məzuniyyət haqqının sonuncu əmək haqqı ilə müqayisəsi , 3 halda orta əmək haqqının hesablanması və məzuniyyətlə bağlı digər dəyişikliklər izah olunacaq.
Təlimdə aşağıdakı sənədlər də hazırlanıb təqdim ediləcək:
- Məzuniyyət növbəlilik cədvəli;
- Məzuniyyətin uçotunun aparılması cədvəli

Qeyd edək ki, təlimdə eləcə də əmək haqqından gəlİr vergisi üzrə güzəşt mexanizmləri haqqında məlumat veriləcək. 
Təlimin sonunda iştirakçıların Əmək Məcəlləsində təsdiq edilən dəyişikliklər və ƏMAS altsitemi ilə bağlı sualları cavablandırılacaq.

Təlimdə iştirak üçün 050-368-12-72 saylı (what's app da aktivdir) telefonla və ya mksacademy2022@gmail.com email adressi ilə əlaqə saxlamağınız kifayətdir

0 Komment

    Şərh yazın

    Xəbərlər