Sorğunun nəticələrinə əsasən, respodentlərin 65,1 faizi kişi cinsindən olan rəhbəri olmağı istəyir. Yerdə qalan, 34,9 faiz isə qadın cinsinin rəhbərliyi altında işləməyi daha məqsədəuyğun sayır. Ekspertlərin fikrincə, araşdırma nəticələri təsdiq edir ki, kişilərdə özünəinam qadınlardan daha çoxdur. Belə ki, 821 qadin respondentin 44.8 faizi rəhbərinin kişi, 55.2 faizi isə rəhbərinin qadın olmasını istədiyi halda, eyni sayda (821) kişi respondentin isə 85.4 faizi rəhbərinin kişi, 14.6 faizi isə rəhbərinin qadın olmasını arzulayır.
P.S. Hörmətli oxucular, Siz sorğuda iştirak etsəydiniz, hansı cavabı seçərdiniz?