16 Aprel 2012-ci il tarixindən PET 1L qablaşdırmalı məhsullarımızda tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə, PET 2L qablaşdırmalı məhsullarmızda isə 80 qəpikdən 90 qəpiyə dəyişdiriləcək” – deyə, şirkətin bəyanatında deyilir. Qeyd edək ki, Azərbaycanda “Azerbaijan Coca-Cola Bottlers Limited” şirkəti 1994-cü ildə qurulub. Şirkət “The Coca-Cola Company” markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsal, satış və yayımını gerçəkləşdirir.