Nazirlər Kabineti Novruz bayramında necə gün istirahət edəciyimizi açıqladı

Nazirlər Kabineti Novruz bayramında necə gün istirahət edəciyimizi açıqladı

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda martın 20-dən 24-nə kimi (5 gün) qeyri-iş günü olacaq. Martın 24-nün şənbə gününə düşməsi ilə əlaqədar olaraq 26 mart tarixi də qeyri-iş günü elan edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.

"Trend"

0 Komment

    Şərh yazın

    Xəbərlər