Bazar ertəsi, 05 Fevral 2018 07:22

11 aprel 2018-ci il tarixi QEYRİ İŞ GÜNÜDÜR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 05 fevral 2018-ci il tarixli sərəncamı ilə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 05 fevral 2018-ci il tarixli sərəncamı ilə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin edilməlidir.
Əmək Məcəlləsinin 105-1 ci maddəsinə əsasən, səsvermə günü qeyri iş günü hesab edildiyindən, 11 aprel 2018-ci il tarixi qeyri iş günü hesab edilir. Qeyd edək ki, 11 aprel 2018-ci il tarixi cərşənbə gününə təsadüf edir.
 
Maddə 105-1. Səsvermə günü

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

---------------------------------------------------------------------------------------

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda

www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib. 

Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. 

Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

Şərh yazın