Çərşənbə axşamı, 16 Yanvar 2018 06:16
İşsizlik sığortasının vergi tərəfi ilə bağlı açıqlama
Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirdi
Sual: Yeni qanuna əsasən müəssisələr həm işçilərin əmək haqlarından, həm də əmək haqqı fondundan 0,5% məbləğ tutmalıdır və işsizlik üçün yaradılmış xəzinə fonduna həmin məbləğləri köçürməlidilər. Bu məbləğləri xərcə aid etmək olar?
Rafiq İlyasov, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (12.01.2018)
Cavab: Bildiririk ki, sığortaolunan əmək haqqından tutularaq ödənilən sığorta haqqı işçinin əmək haqqının tərkib hissəsi kimi gəlirdən Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərini nəzərə alımaqla, sığortaedənin öz hesabına hesablanaraq ödənilən sığorta haqqı isə qanunla nəzərdə tutulmuş icbari ödəniş kimi gəlirdən çıxıla bilər.
Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 765-VQ nömrəli 30 iyun 2017-ci il tarixli Qanununun 9-cu maddəsi.
Çap et
İqtisadi
Şərh yazın