Müəssisədə çalışan işçi həmin şirkətə əmək müqaviləsi ilə yanaşı xidmət göstərə bilər?

Müəssisədə çalışan işçi həmin şirkətə əmək müqaviləsi ilə yanaşı xidmət göstərə bilər?

Vergilər Nazirliyi bu məsələ bağlı mövqeyini açıqladı
 
Sual: Mən bir idarədə işləyirəm və bu idarədən əmək haqqı alıram. Bundan əlavə fiziki şəxs kimi sahibkarlıq fəaliyyətim də var. Həmin idarənin əlavə sifarişini də işdən sonra və boş vaxtımda işləmək istəyirəm. Həmin idarə mənimlə bu gördüyüm işə görə fiziki şəxs kimi müqavilə bağlaya bilər?
 
Mətanət Hüseynova, Bakı (29.12.2017) 
 
Cavab: Bildiririk ki, fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə sahibkarlıqla məşğul ola bilərlər.
 
Sorğunuzda qeyd olunan halın əmək qanunvericiliyində məhdudlaşdırılıb-məhdudlaşdırılması barədə isə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur. 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər