RƏSMİ! Dövlət Vergi Xidməti hüquqi şəxslərə YENİ məlumatın göndərilməsi ilə bağlı SON VAXT müəyyənləşdirildi

RƏSMİ! Dövlət Vergi Xidməti hüquqi şəxslərə YENİ məlumatın göndərilməsi ilə bağlı SON VAXT müəyyənləşdirildi

Məlumatları vaxtında təqdim etməyənlərə İnzibati Xətalar Məcəlləsinin 403-1-ci maddəsinə əsasən inzibati cərimə tətbiq ediləcək

Benefisiar mülkiyyətçi (mülkiyyətçilər) haqqında BİLDİRİŞ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, Azərbaycan Respublikasının 11 aprel 2025-ci il tarixli 175-VIIQD nömrəli Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilərək “benefisiar mülkiyyətçi” anlayışı və onun müəyyən edilməsi meyarları əlavə olunub, dövlət reyestrinə daxil edilən məlumatlar müəyyənləşdirilib.

Benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarət edən və ya onun əsl sahibi olan, xeyrinə əməliyyat aparılan və əqdlər bağlanılan, yaxud son nəticədə effektiv nəzarəti həyata keçirən fiziki şəxs hesab olunur.

Qanunun 5.3.2-3-cü maddəsi hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı benefisiar mülkiyyətçi barədə təqdim olunmalı məlumatları müəyyən edir. Eyni zamanda, 12-ci maddəyə uyğun olaraq isə Qanun qüvvəyə minənədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər, həmçinin xarici hüquqi şəxslərin nümayəndəlik və filialları benefisiar mülkiyyətçilərini müəyyənləşdirməli, müvafiq məlumat və sənədləri dövlət reyestrinə təqdim etməlidirlər.

Məlumatların təqdim olunması müddətləri aşağıdakı kimidir:

iri sahibkarlıq subyektləri – 31 dekabr 2025-ci ilədək;
orta sahibkarlıq subyektləri – 30 iyun 2026-cı ilədək;
kiçik sahibkarlıq subyektləri – 31 dekabr 2026-cı ilədək;
mikro sahibkarlıq subyektləri – 31 dekabr 2027-ci ilədək.
İnzibati Xətalar Məcəlləsinin 403-1-ci maddəsinə əsasən, benefisiar mülkiyyətçi barədə dürüst, dəqiq və yenilənmiş məlumatların qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim edilməməsinə görə cərimə nəzərdə tutulur (vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir - redaksiyadan)

Beləliklə, benefisiar mülkiyyətçi məlumatlarının təqdim edilməsi həm yeni qeydiyyata alınan hüquqi şəxslər, həm də Qanun qüvvəyə minənədək mövcud olmuş hüquqi şəxslər üçün tələb olunur.

Benefisiar mülkiyyətçi məlumatlarının təqdim olunması Dövlət Vergi Xidmətinin 21.11.2025-ci il tarixli əmri ilə təsdiq edilmiş “Hüquqi şəxsin (xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının) dövlət qeydiyyatı haqqında ərizə” və onun “4 nömrəli əlavə”si (Benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumat) vasitəsilə həyata keçirilir. Məlumatlar reyestrə daxil edildikdən sonra “Benefisiar mülkiyyətçi barədə dövlət reyestrindən çıxarış” vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Məlumatlar həm elektron qaydada, həm də kağız daşıyıcıda qeydiyyat orqanlarına təqdim edilə bilər.

Yuxarıda göstərilən müddətlərə riayət etməklə kommersiya hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin benefisiar mülkiyyətçiləri barədə məlumatların Dövlət Vergi Xidmətinin qeydiyyat strukturlarına təqdim edilməsi xahiş olunur. Dövlət qeydiyyatı üçün tələb olunan ərizə və digər sənəd nümunələri Xidmətin internet saytında mövcuddur.

Azərbaycan Respublikasının

İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidməti

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər