Uşağın Doğulmasına Görə Atalıq Məzuniyyəti: Müddət və Tətbiq Mexanizmi (8-ci yazı)

Uşağın Doğulmasına Görə Atalıq Məzuniyyəti: Müddət və Tətbiq Mexanizmi (8-ci yazı)

“MKS Academy” olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin şərhinə dair silsilə yazılarımızı təqdim etməkdə davam edirik

Növbəti tematik təlimimiz 13 dekabr 2025-ci il (şənbə günü) keçiriləcək. Təlimin mövzusu: “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi”. Təlim həm əyani (Caspian Plaza), həm də onlayn (ZOOM) formatında təşkil olunacaq və 14:00–18:00 aralığında baş tutacaq.

İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsi ilə və ya mksacademy2022@gmail.com elektron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Xəbər verdiyimiz kimi, Əmək Məcəlləsinə geniş həcmli dəyişiklik paketi artıq Milli Məclisdə müzakirəyə təqdim olunub. “MKS Academy” olaraq həmin dəyişikliklərin izahına dair silsilə məlumatları təqdim etməkdə davam edirik.

Təklif edilən dəyişikliklərdən biri də uşağın doğulması ilə əlaqədar kişilərə atalıq məzuniyyətinin verilməsidir. Əmək Məcəlləsinin 125-ci maddəsinə – “Hamiləliyə və doğuşa görə məzuniyyətlər” – əlavə edilməsi nəzərdə tutulan bəndə əsasən, uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında, doğuşdan əvvəl və sonra olmaqla ümumilikdə 14 təqvim günü ödənişli məzuniyyət verilməsi təklif edilir.

Maddənin tələblərinə əsasən, işçi bu hüquqdan istifadə etmək üçün tibb müəssisəsindən müvafiq arayış təqdim etməlidir. Məzuniyyətin hesablanması isə, fikrimizcə, əmək məzuniyyətinin hesablanma prinsiplərinə uyğun həyata keçiriləcək.

Qeyd edək ki, 13 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklərin izahı” mövzusunda tematik təlimdə bu və digər yeniliklərlə bağlı ətraflı məlumat təqdim olunacaq. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsinə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.


 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər