Sevindirici xəbər! Məzuniyyət haqqının ödənilməsi ilə bağlı “3 gün əvvəl ödəniş” tələbi ləğv edilir? (7-ci yazı)
“MKS Academy” olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə dair silsilə yazılarımızı təqdim etməyə davam edirik
“Növbəti tematik təlimimiz 13 dekabr 2025-ci il (şənbə günü) keçiriləcək. Təlimin mövzusu: “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi”. Təlim həm əyani (Caspian Plaza), həm də onlayn (ZOOM) formatında olacaq və saat 14:00–18:00 aralığında keçiriləcək. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsi ilə və ya mksacademy2022@gmail.com elektron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Əmək Məcəlləsinin 140-cı maddəsinin beşinci hissəsinə əsasən, hazırda işçiyə məzuniyyət dövrünə görə orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Təklif edilən dəyişiklik isə işəgötürənə məzuniyyət haqqını başqa vaxtda ödəmək imkanı verir.
Belə ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci hissəsinə aşağıdakı məzmunda cümlənin əlavə edilməsi nəzərdə tutulur:
“Əmək müqavilələrində və ya kollektiv müqavilədə məzuniyyətə çıxan işçilər üçün növbəti əməkhaqqının (avansın və ya qalan hissəsinin) verildiyi gündən gec olmayaraq, məzuniyyət vaxtı üçün orta əməkhaqqının ödənilməsi üçün başqa müddətlər müəyyən edilə bilər.”
Bu dəyişiklikdən göründüyü kimi, əgər əmək müqaviləsində və ya kollektiv müqavilədə məzuniyyət haqqının əməkhaqqı ödənilən günlə eyni vaxtda verilməsi nəzərdə tutulubsa, işəgötürən artıq həmin ödənişi məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödəmək öhdəliyindən azad olur.
Qeyd edək ki, 13 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklərin izahı” mövzusunda tematik təlimdə bu və digər dəyişikliklər barədə ətraflı məlumat təqdim olunacaq. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsinə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın