ƏMAS altsistemində YENİLİKLƏR! İşəgötürən işçinin faktiki ünvanını yeni qaydada daxil edəcək
ƏMAS altsistemində yeniliklər tətbiq olunmağa davam edir. Son dəyişikliklərə əsasən, işəgötürən işçinin ölkəmizdəki faktiki iş ünvanı haqqında məlumatları artıq üç ayrı bölmədə daxil edəcək.
Sabah — 22 noyabr 2025-ci il (şənbə günü) keçiriləcək “Əməyin mühafizəsi və icbari tibbi müayinələr” mövzusunda tematik təlimdə həmçinin ƏMAS altsistemində tətbiq olunan son yeniliklər barədə də geniş məlumat veriləcək. Təlim əyani şəkildə Caspian Plazada təşkil olunacaq. İştirak üçün 050-368-12-72 nömrəsi ilə (WhatsApp aktivdir) əlaqə saxlamaq kifayətdir.
Yeni yeniliklərdən biri də işçinin faktiki iş ünvanının qeyd olunması qaydasının dəyişdirilməsidir. Əvvəlki qaydalara əsasən, işəgötürən yalnız işçinin ölkə daxilindəki faktiki iş ünvanını daxil edə bilirdi. Yeni dəyişiklikdən sonra isə əmək müqaviləsinin “Faktiki iş ünvanı” bölməsində həm Azərbaycan, həm də xarici ölkələr seçilə bilir.
-
İşəgötürən xarici ölkəni seçdikdə, ünvanın ətraflı qeyd edilməsi üçün xüsusi bölmə aktivləşir.

-
İşçinin Azərbaycan daxilindəki ünvanı daxil ediləcəksə, ölkələr siyahısından “Azərbaycan” seçildikdən sonra rayonlar bölməsi aktiv olur. Daha sonra üçüncü bölmədə küçə, bina və digər məlumatlar əl ilə qeyd edilir.

ƏMAS altsistemində əmək müqaviləsinə dair məlumatların daxil edilməsində aparılan bu dəyişikliklər sistemin daha dəqiq və funksional işləməsini təmin edir.
Məlumat üçün bildiririk ki, sabah — 22 noyabr 2025-ci ildə keçiriləcək təlimdə bu yeniliklər ətraflı izah olunacaq. Təlimdə iştirak etmək üçün 050-368-12-72 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
.jpg)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın