Öhdəliklər
Proseslərin qiymətləndirilməsi və inkişaf etdirilməsi daxil olmaqla İnsan Resurslarının İdarə Edilməsi üzrə layihə planlarının hazırlanması, yenilənməsi, koordinasiya və idarə edilməsi;
İnsan Resurslarının İdarə edilməsi üzrə layihə qrupunun toplanılması, rolların müəyyənləşdirilməsi, tapşırıqların prioritetləşdirilməsi, nəticələrin təhlili, dəyişikliklərin test edilməsi, müvafiq həll yolları üçün təklif və qərarların verilməsi, nəticələrin aidiyyatı strukturlarla bölüşülməsi;
Layihələrin idarə edilməsi istiqamətində tövsiyyə olunan proses dəyişiklikləri ilə bağlı heyət üzvləri və funksional rəhbərlərlə əməkdaşlığın qurulması;
Dəyişikliklərin idarə olunması və kommunikasiyası istiqamətində əməkdaşlığın qurulması;
Uğurlu təcrübənin təminatı kimi bilik, proses və texnologiyanın optimal şəkildə tətbiq edilməsi üçün tövsiyyələrin verilməsi.
Tələblər
Ali təhsil;
İnsan Resurslarının İdarə edilməsi üzrə geniş iş təcrübəsi;
Əla ünsiyyət bacarıqları;
Azərbaycan, rus və ingilis dillərində səlis ünsiyyət bacarığı;
İstedadların İdarə Olunması, Fəaliyyətin Qiymətləndirilməsi və s. üzrə təcrübə arzuolunandır;
Layihələrin idarə edilməsi üzrə təcrübə arzuolunandır.
CV-lərinizi, mövzu hissəsində “Layihə Meneceri” qeyd etməklə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərə bilərsiniz.