VAKANSİYA! Gəncə regional “ASAN xidmət” mərkəzindən İŞ ELANI

VAKANSİYA! Gəncə regional “ASAN xidmət” mərkəzindən İŞ ELANI

Staj tələbi: 1 il ümumi iş stajı
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (orta-yüksək səviyyədə)
 
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 
Gəncə regional “ASAN xidmət” mərkəzi , Vətəndaşların hüquqlarının təminatı sektoru, baş məsləhətçi
 
Əlaqə məlumatları 
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə:
Dövlət orqanı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
 
Struktur bölmə Gəncə regional “ASAN xidmət” mərkəzi , Vətəndaşların hüquqlarının təminatı sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin kodu 151044
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 310
Qulluq funksiyaları 
mərkəzin fəaliyyət istiqamətində vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi
fəaliyyətin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq həyata keçirilməsinin təmin edilməsi
mərkəzlərdə fəaliyyətin bütün vətəndaşlar üçün təqvimin bütün günlərində fasiləsiz həyata keçirilməsinin təmin edilməsi
vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsində iştirak
mərkəzlərdə yaranmış münaqişəli məsələlərin həll olunması
gündəlik problemli məsələlər ilə bağlı sektor müdirinə yazılı hesabatın verilməsi
mərkəzin fəaliyyəti haqqında vətəndaşlardan daxil olan şikayətlərin qeydə alınması
səyyar xidmətin həyata keçirilməsində iştirak
strukturun və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində sektor müdirinə təkliflərin verilməsi
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi; vəzifə üzrə sektor müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
 
Vakant inzibati vəzifənin tutulması şərtləri 
 
Təhsil tələbləri: hüquqşünaslıq , beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil
Staj tələbi: 1 il ümumi iş stajı
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (orta-yüksək səviyyədə)
Xarici dil bilikləri: İngilis dili-B1;Rus dili-B2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3
Müsahibə elanının tarixi 11.01.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 09.02.2018 18:00
 
Müraciət üçün daxil olun
 
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
 
Qeydlər:
Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
 

25 Komment

  1. Gülnur İsmayılova 30 Avqust 2021

    Yazıb sizə onu bildirmək istəyirəm ki,mən asan xidmət mərkəzi üzrə çalışmaq isteyirem

  2. Gülnar 04 Sentyabr 2021

    Yazib sizdən xahis edirem ki men asan xidmet merkezide islemek isteyirem xahis edirem ki kömeklik edesiniz

  3. Aygun 18 Oktyabr 2021

    Tağıyeva Aygün Yazib sizdən xais ediremki asan xidmet merkezinde işləmək isdəyirəm mene kömeklik edesiniz

  4. Əli Məmmədov 08 Noyabr 2021

    Yazıb sizdən xahiş edirəmki asan xidmət mərkəzində çalışmaq üçün mənə şans tanıyasız çox böyük həvəsim var asan xidmət işçisi kimi işləməyə

  5. Səma 13 Noyabr 2021

    Salam bawqa yerde 8 il is stajım var asanda islemek çox isdiyirem

  6. Ayten 16 Noyabr 2021

    Salam Asan xıdmetde ıslemek cox ısterdım, bank sektorunda 3ıl stajım var.

  7. Gunay 12 Yanvar 2022

    Salam men genceden sizin narahat edirem.Asan xidmet merkezinde işlemek isteyirem Ozum Unversitetde çalisiram 5 il stajim var.Ikinci tehsil aliram birinci tehsilim Standartlasdirma ve sertifikasiya

  8. Mehman 18 Yanvar 2022

    Mən Gəncə şəhərində yaşayıram və Gəncədə polisdə işləmişəm hal-hazırda yaş həddi ilə təqaüddəyəm.1970-ci ildə anadan olmuşam.Sürücülük vəsiqəm var BC kateqoriyalı.Ya sürücü yada ki mühavizə işi olsa işləyərəm.Orta təsilliyəm.Mobil nömrəm 0559496520.

  9. Anar 31 Yanvar 2022

    Yazib sizden onu bildiremki isteyirem ki men asan xidmet merkezi üzerinde çalışmaq istyirem

  10. Tunzale Esgerova 10 Fevral 2022

    Salam Gence beynalxalq bankda 4 il arxivde iwlemiwem Gence mawin qayirmada Muhendis normalawdirici ve emem haqqi uzre mubasib ielemiwem Gence Merkezi pocta emeliiyatci iwlemiwem

  11. İsgèndèr 10 Fevral 2022

    Salam. Mèn ehtiyatda olan hèrbi qulluqçu Mustafayev Ìsgèndèr İsrayıl oģlu Gèncè regional 2 saylı Asan xidmèt mèrkèzindè iş üçün müracièt edirèm. Èvvelcèdèn tèşèkkürümü bildirirèm.

  12. Surayye 11 Fevral 2022

    Salam mən 29yasim var xadimecilik işi isteyirem .10yasinda bir qızımvar atasizdi hal hazırda issizem ve isecox ehtiyacım var çox xahiş edirəm isle meni təmin edəsiniz.

  13. [email protected] 12 Fevral 2022

    Men Ferid Allahverdiyev Elşen oglu Yazıb Size bildirirem men asan xidmet Yeni Gence filialında çalışmaq isteyirem

  14. fatime israilova 15 Fevral 2022

    salam hansi vakansiyalar bowdu?

  15. Lətifə 23 Fevral 2022

    Salam,mən Məsimova Lətifə Mirdamət qizi "Asan Xidmət" də işləmək istəyirəm.Hal hazirda magistr MBA uzrə təhsil aliram.MS proqramlarinda sərbəst isləmək bacarigim var.DAİM də 3 ayliq könüllü proqramini tamamlamisam.Əla rus dili və yaxsi səviyyədə inglis dilini bilirəm.Məni Asan bolməsində gorsəz sevinərəm. Oncədən təsəkkürlər!

  16. Heydər 12 Mart 2022

    Salam Meherremov Heyder Elsad oğlu.Samux rayonunda yaşayıram. Konfirom MMC de anbar briqadiri işlemişem 3il(dövlet qeydiyyati ile 11ay). İngilis dilini orta seviyyede bilirem. Microsoft Word, Excel, 1C proqramlarinda serbest işleyirem. Naxçıvan Dövlet Universitetinde qiyabi tehsil aliram. 4cü kursadayam. ASAN XİDMETDE çalışmağı çox isdeyirem. Hal hazirda Samux rayonunda yaşayıram. Elaqe nömresi 0553722049 diqqetiniz üçün önceden teşekkür edirem.

  17. Orxan 08 Aprel 2022

    Salam. Ali hüquq tehsilliyem, 40 yaşım var, 21 il Daxili İşler Orqanlarında polis zabiti (tehqiqatçı) işlemişem ve teqaüde çıxmışam. Gencede yaşıyıram. Asan Xidmetde çalışmaq isteyirem. Orxan Nesibov 051-305-66-33

  18. Leyla Rüstəmova 13 Aprel 2022

    Salam.Mən Asan Xidmətdə işləmək üçün müraciət edirəm.1995-ci il Rusiya Federasiyasinda anadan olmuşam.Gəncə şəhərində yaşayıram.Ali təhsilliyəm,Riyaziyyat informatika fakültəsinin Riyaziyyat müəllimliyini bitirmişəm.Hal-hazirda komputer kursunu bitirmişəm,Diplomum var.Uyğun vakansiyada özümü görmək istəyirəm.

  19. LEYLA 13 Aprel 2022

    Salam Men Məmmədova Leyla Vuqar qizi 1999 01 26 Gence dovleti bitirmiwem riyaziyat mellimliyi ve kompyuter kursunu bitirmiwem Windows .Word. excell.powe poin ve iki ayri zehmet olmasa meni iwle temin ederdiz

  20. Dovlet 16 Aprel 2022

    Salam Men Hüseynov Dövlet ali tehsilliyem gurcustanda iqtisadiyyat ve sosial is uzre ali tehsil almisam.ozumde sehid ailesiyem. Mumkun qeder bir is olsa sevinerem. Diqqtinize gore teşekkür edirem.

  21. Tehmine 28 İyul 2022

    Salam.Ali tehsilliyem.rus dilini bilirem.kompyuter bacarığım var

  22. Günel baxsaliyeva 17 Avqust 2022

    Masazırda yasayiram bir gündən bir dövlət işi xadime işi axtariram

  23. Zülfiyye 27 Sentyabr 2022

    Salam men Şükürova Zülfiyye Gence dövlet Univeristetini bitirmişem.Gencede yaşayıram. Asan xidmetde işlemek isteyirem

  24. Nərgiz 04 Yanvar 2023

    Salam men Memmedova Nergiz Gence Dövlet Universitetinin riyaziyyat fakultesini bitirmişem Dövlet qulluğu imtahaninan iştirak edib BB1 sertifikatı almışam 91 bal toplamışam Gencede yaşayıram Asan xidmetde könüllü calışmışam xaiş edirem meni işle temin edesiniz

  25. Gulnar 02 Mart 2023

    Salam men Ceferova Gulnar Ugur qizi Goygol rayon Qirixli kendinde yasayiram Gence Humanitar kollecinin ingilis dili muellimliyini qirmizi diplomla bitirmisem komputer kursunu da bitirmisem hal hazirda size oz notbook la muraciet edirem xaish edirem meni yeni acilmis ASAN XIDMETIN GENCE filyalinda isle temin edesiz cox xaish edirem Elaqe nomrem 55 373 57 99 cox xaish edirem erizeme baxasiz

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər