Çərşənbə axşamı, 29 May 2018 12:29

LİBRAFF MMC şirkətinə mühasib və mühasib köməkçisi tələb olunur.

İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir (razılaşma yolu ilə dəyişilə bilər)
• İstirahət: Bazar günü
• Korporativ rabitə vasitəsi
• Şirkət tərəfindən nahar

Tələblər:

• Yaş həddi: 25-30 yaş arası
• Təhsil: Ali iqtisadi təhsili
• İş təcrübəsi: Minimum 2 il 
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
• Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1 C, xüsusi ilə LOGO proqramları ilə işləmə bacarığı. Vergi saytında online E-qaimə, EVHF kəsmək bacarığı
• Kargüzarlıq işlərini bilmək
• Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
• Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dillərində danışıq (arzu olunandır), yazmaq və oxumaq qabilliyyəti

Şəxsi keyfiyyətlər:

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komandada işləmək bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanmasına köməklik göstərmək;
• Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatlarında köməklik göstərmək; 
• Nəğd pul və bank ödəmələrinə nəzarət etmək;
• Müqavilələrin, İnvoice-ların hazırlanmasında köməklik göstərmək;
• Vergi saytında “online” E-qaimələrin, EVHF kəsilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək;
• Mühasibatlığın ilkin sənədlərini yoxlanılmasına müvafiq qovluqlara yerləşdirilməsinə köməklik göstərmək;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsinə köməklik göstərmək;
• Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasına köməklik göstərmək;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
• Mühasibin digər tapşırıqlarını yerinə yetirir.

Zəhmət olmasa CV-lər mövzü göstərilməklə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilsin.

Şərh yazın