Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Fərdi əmək mübahisələri zamanı işəgötürən və işçi məhkəmədən öncə hara müraciət etməlidir?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 19 İyul 2023

Fərdi əmək mübahisələri zamanı işəgötürən və işçi məhkəmədən öncə hara müraciət etməlidir?

Satışı yalnız kitabxanalarda həyata keçirilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
“Mediasiya haqqında” AR Qanununun 3.1-ci maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir:
- mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);
-  ailə münasibətlərindən irəli gələn mübahisələr;
- əmək münasibətlərindən irəli gələn mübahisələr;
- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
Qanunun 3.2-ci maddəsində qeyd edilir ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə çıxarılmamışdan öncə, mediasiya sessiyasında iştirakı mütləq tələbdir.
Mediasiya anlayışına gəlincə isə, mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında  yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı “Mediasiya haqqında” qanunla müəyyən olunan prosesdir. Anlayışdan göründüyü kimi, mediasiyanın məqsədi əmək münasibətləri ilə bağlı mübahisələri qarşılıqlı razılaşma əsasında həll etməkdir. Yəni, mediasiya zamanı məqsəd məhkəməyə getmədən mübahisələrin aradan qaldırılmasıdır.
Misal. İşəgötürən işçinin son haqq-hesabını ödəmədiyi üçün ikinci tərəf mediasiya təşkilatına müraciət edib. Tərəflərlə müzakirənin nəticəsində tərəflər arasında barışıq sazişi bağlandığı halda mediator tərəfindən mediasiya prosesinə xitam verilir.
Təcrübədə rast gəlinən hallardan biri odur ki, mediator işəgötürənin və ya işçinin hüquqlarının müdafiəçisi kimi iştirak edir, bir növ prosesin həllində onlara yardımçı olmağa çalışır. Qanunun 7.2-ci maddəsində qeyd edilir ki, mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    18 Sentyabr 202609:08

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əməkhaqqı” anlayışı tətbiq edilməlidir?

    Populyar məqalələr

    04 Sentyabr 202610:32

    YENİLİK! Mühasiblərin diqqətinə: Vergi orqanından başqa, digər dövlət qurumu da kameral yoxlama mexanizmi tətbiq edəcək

    02 Sentyabr 202610:45

    ƏMAS platformasında işəgötürən və işçilərin xeyrinə yenilik

    04 Sentyabr 202614:52

    ƏMAS-da YENİLİK: Elektron xəstəlik vərəqələri üzrə yeni funksionallıq istifadəyə verildi

    04 Sentyabr 202613:51

    Kəmalə Yusifovanın təqdimatında: Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti - Yeni qaydalar

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əməkhaqqı” anlayışı tətbiq edilməlidir?.

    • 18 Sentyabr 2026

    Məqalələr

    İşçinin Bakıdan Sumqayıta səfər etməsi ezamiyyə hesab edilir?.

    • 17 Sentyabr 2026

    Məqalələr

    İntizam tənbehi verilərkən hansı məqamlara diqqət yetirmək lazımdır?  ( 4 HAL).

    • 16 Sentyabr 2026

    Məqalələr

    ƏMAS platformasında YENİLİK: Əmrlər üzrə reyestr məlumatları ayrıca bölmədə təqdim olunur.

    • 15 Sentyabr 2026

    Məqalələr

    İş ilinin ilk yarısında işçinin staja görə əlavə məzuniyyət hüququ yaranırsa, hesablama necə həyata keçirilir?.

    • 15 Sentyabr 2026

    Sosial

    Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - 30 faiz tələbi müəyyən edildi.

    • 14 Sentyabr 2026

    Məqalələr

    Ezamiyyətdə olan işçiyə hansı hallarda istirahət və ya bayram gününə görə əməkhaqqı ikiqat məbləğdə hesablanmalıdır?.

    • 14 Sentyabr 2026

    Məqalələr

    Narkoloji müayinə və sağlamlıq arayışı ilə bağlı hansı inzibati cərimələr tətbiq olunacaq?  (MİSALLARLA İZAH).

    • 11 Sentyabr 2026

    Məqalələr

    Natamam iş vaxtında nahar fasiləsi müəyyən edilməyə bilər?.

    • 10 Sentyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotunda bayramdan öncəki gün iş vaxtı bir saat azaldılmalıdır?.

    • 09 Sentyabr 2026

    Sosial

    Saxta xəstəlik sənədləri əsasında müavinət ödənişləri: cinayət işi açılıb.

    • 09 Sentyabr 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əməkhaqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 08 Sentyabr 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur