İşçi ixtisarla bağlı xəbərdarlıq məlumatına imza atmaqdan imtina etməsi necə rəsmiləşdirilməlidir?

İşçi ixtisarla bağlı xəbərdarlıq məlumatına imza atmaqdan imtina etməsi necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

İşçilərin sayının azaldılması və ştatların ixtisarı zamanı işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı kadrlarla iş şöbəsi tərəfindən daha hansı sənədlər tərtib oluna bilər? Ola bilər ki, işçi ixtisarla bağlı xəbərdarlıq məlumatına imza atıb, onun bir nüsxəsini almaqdan imtina etsin. Bu halda faktın rəsmiləşdirilməsi məqsədi ilə akt tərtib edilməsi vacibdir. Akt ən azı iki nəfərin şahidliyi ilə tərtib olunur və bu sənəd işçinin gözlənilən işdən azad olunması ilə bağlı onun məlumatlandırıldığını təsdiq edir.

Blank “Alov” MMC

AKT

№________

Gəncə şəhəri                     ___ ___________________2019-cu il

İşçinin iş yerinin gözlənilən ixtisarı ilə bağlı

xəbərdarlığı almaqdan imtina etməsi barədə

Akt “Alov” MMC-nin Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı tərəfindən Marketinq şöbəsinin müdiri Qaralov Sabir Malik oğlunun və kargüzar Camalova Nazənin İmran qızının iştirakı və şahidliyi ilə tərtib olunub.

__ ______ 2019-cu il tarixində saat 11:30-da Kadrlarla iş şöbəsinin otağına dəvət olunan Marketinq şöbəsinin dizayneri Səfərov Ələmdar Qüdrət oğlu işçilərin sayının azaldılması və ştatların ixtisarı ilə bağlı ___ _______2019-cu il tarixli xəbərdarlıqla tanış olmaqdan və sənədi imzalayıb bir nüsxəsini almaqdan imtina etdi. İşçi imtinasının səbəbini izah etmədi.

Xəbərdarlığın mətni Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı tərəfindən ucadan oxunaraq məzmunu Səfərov Ələmdar Qüdrət oğlunun diqqətinə çatdırıldı

 

Aktda yazılanları imzalarımızala təsdiq edirik:

 

Kadrlarla iş şöbəsinin müdiri __________ Ağazadə N.H.  

__ ______ 2019-cu il

 

Marketinq şöbəsinin müdiri ___________ Qaralov S. M. 

__ ______ 2019-cu il

Kargüzar _____________ Camalova N. İ.              __ _____2019-cu il

Səfərov Ələmdar Qüdrət oğlunun aktla tanış olub, imza atmaqdan imtina etməsini imzalarımızla təsdiq edirik:

Kadrlarla iş şöbəsinin müdiri __________ Ağazadə N.H.  

__ _______ 2019-cu il

Marketinq şöbəsinin müdiri ___________ Qaralov S. M. 

__ _______ 2019-cu il

Kargüzar                                              ________ Camalova N. İ.   

__ _______ 2019-cu il

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər