Gecə vaxtı işçilərin işə cəlb olunması necə rəsmiləşdirilir?

Gecə vaxtı işçilərin işə cəlb olunması necə rəsmiləşdirilir?

Satışına Start verilən “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 166-cı, “Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi” maddəsinin birinci hissəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Nazirlər Kabineti) müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.  Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilib.

Gecə vaxtı iş rejimi iki halda mümkündür: yalnız gecə növbəsində işləyənlər (mühafizəçi, gözətçi və s.) və növbəli iş rejimində işləyənlər (kassirlər, sorğu mərkəzinin əməkdaşları), bəzi dövlət orqanlarının (təcili yardım, polis, fövqalədə hallar və s.) müəyyən işçiləri və s.)

Öncə gecə növbəsində işləyənlərin əmək haqlarının hesablanması haqqında məlumat verək.

Mİsal. Marketdə kassir vəzifəsində işləyən işçinin əmək haqqı 500 manatdır. 2019-cu ilin oktyabr  ayı üzrə 23 gün iş günü olmasını nəzərə alsaq, işçinin hər saatına düşən əmək haqqı 2,72 manat (500 manat / (23 gün x 8 saat)) təşkil edəcək. İşçinin 5 gündən ibarət həftəlik iş rejimində iş saatı saat 17:00-də başlayır və saat 23:00-də bitir. Bu halda işçinin işlədiyi vaxtın 1 saatı gecə vaxtı yerinə yetirilən iş dövrünə düşür. Bu şərtlər daxilində işçinin əmək haqqının hesablanması aşağıdakı kimi aparılır:

Aylıq əmək haqqı = 23 gün x 8 saat x 2,72 manat + 23 gün x 1 saat x 2,72 manat x 20% = 500 manat +  12.51manat = 512, 51 manat.

Ədliyyə və Əhalinin Sosial Müdafiəsi nazirliklərində qeydiyyata alınan “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə” İzahatın 6-cı bəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir.

O səbəbdən də gecə vaxtı görülən işləri iki yerə ayırdıq ki, mənzərə işəgötürənlərə tam aydın olsun. Bizim misalımızda axşam növbəsi yoxdur, çünki iş rejimimizdə gecə növbəsi yoxdur.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər