İşdən çıxmaq üçün 1 ay tələbini gözləməyən işçi ilə bağlı sənədləşmələr necə həyata keçirilir?

İşdən çıxmaq üçün 1 ay tələbini gözləməyən işçi ilə bağlı sənədləşmələr necə həyata keçirilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində olan norma imperativ deyil, dispozitivdir. Təcrübədə işəgötürən razılıq verə bilər ki, işçi bir təqvim ayından sonra yox, ərizəsində göstərdiyi tarixdə işdən azad olunsun. Maraqlıdır ki, bu zaman işçi ərizəni verdiyi tarixdən bir ay müddətində işə qayıtmaq hüququnu özündə saxlayır?

Mİsal. İşçi 10 fevral 2022-ci il tarixdə ərizə təqdim edir ki, başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı üçün 15 fevral 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilsin. İşəgötürən işçini 15 fevral 2022-ci il tarixdə işdən azad etsə də, işçi 22 fevral 2022-ci il tarixdə yenidən işə bərpa olunmaq üçün müraciət edir. İşçi bunu onunla əsaslandırır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin dördüncü hissəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.

Əgər işəgötürən əmək müqaviləsinin xitamı zamanı həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməyibsə, o halda işçini əvvəlki vəzifəsinə bərpa etməyə borcludur.

Mümkündür ki, işəgötürən işçiyə rəsmi xəbərdarlıq versin, ancaq işçinin çıxdığı vəzifəyə yeni işçi qəbul etməsin və ya ümumiyyətlə, yeni işçinin qəbulu ilə bağlı hər hansı proses (vakansiyanın elan edilməsi, intervülərin keçirilməsi və s.) həyata keçirməsin. Əmək müqaviləsinə xitam verilən işçi qeyd edilən səbəbləri əsas tutaraq, işəgötürəndən yenidən işə bərpa olunmasını tələb edir. Doğrudur, əmək qanunvericiliyində işdən çıxan işçinin yerinə yeni işçinin qəbulu və ya prosesin həyata keçirilməsi ilə bağlı məsələlər öz əksini tapmayıb. Amma Əmək Məcəlləsinin 69-cu maddəsində qeyd edilir ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etdiyi halda, işçinin yenidən işə qayıtmaq haqqında ərizəsinin hüquqi qüvvəsi yoxdur. O səbəbdən də, işəgötürənin əmək müqaviləsinə xitam verilən işçiyə rəsmi xəbərdarlığı kifayət edir.

Tövsiyə edirik ki, işçi ərizəsində qeyd etdiyi tarixdə işdən azad olunursa, onun vəzifəsinə yeni işçi götürüləcəyi barədə rəsmi xəbərdarlıq verəsiniz. Rəsmi xəbərdarlıqda qeyd etməyiniz məqsədəuyğundur ki, işçinin vəzifəsinə yeni işçi götürüləcək və onun bir ay müddətində geri qayıtmaq haqqında ərizəsinin hüquqi qüvvəsi olmayacaq. Əks halda, işəgötürən tərəfindən işçiyə hər hansı xəbərdarlıq olmazsa, işçi ərizəsini təqdim etdiyi tarixdən bir ay ərzində (bu, işəgötürənlə çalışdığı müddətə də təsadüf edə bilər, işdən çıxdığı dövrə də) ləğv etmək hüququna malikdir. Fərdi əmək mübahisələri məhkəmə qaydasında mübahisələndirildikdə, adətən, rəsmi xəbərdarlıq olmadığı hallarda işçi işə bərpa olunur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

2 Komment

  1. Bayramov Röyal 06 Avqust 2022

    Salam mən Bayramov Röyal. 20.10.2021- 26.07.2022 il müddedinde ANC qrup MMC-de işlədim.Raşot pulunun verilmemesi ile bağlı müraciyet elədim. Xahiş edirem muraciyyetome baxılsın.

  2. Kamal 08 Sentyabr 2022

    Salam men artıq 1 aydır Sumqayıt şeher Neqliyyatı MMC1 de işlemirem ama buna baxmayaraq menim işime xitam vermirler xaiş edirem işime xitam veresiz Men Qurbanov Kamal Babalı oğlu

Şərh yazın

Xəbərlər