Əmək müqaviləsinin bağlanması zamanı işə qəbul əmri mütləq tələbdir?
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə
Əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən hansı sənədləşmələrin həyata keçirilməsinə diqqət yetirək. Qeyd edək ki, bu prosesdə istifadə olunan nümunəvi sənədlərin hazırlanması haqqında təşkilatımızın digər nəşri olan “A-dan Z-yə Kargüzarlıq” kitabında geniş məlumat verilib.
Əmək Məcəlləsinin 81-ci, “Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi” maddəsinin birinci hissəsinə əsasən, kargüzarlıq işini tənzimləmək məqsədilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.
Maddədən göründüyü kimi, işəgötürənin əmrinin olması mütləq tələb kimi qoyulmayıb. İşəgötürən istəsə, prosesi əmrlə rəsmiləşdirə bilər. İşəgötürənə və insan resursları bölməsində çalışan həmkarlarımıza tövsiyə edərdik ki, işə qəbul olunan işçilər üzrə müvafiq sənədləşmələri həyata keçirsinlər.
İşə qəbul əmrinin, yoxsa əmək müqaviləsinin birinci tərtib olunmasına gəlincə isə, Əmək Məcəlləsinin 81-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Maddədən göründüyü kimi, işəgötürən yalnız işçi ilə əmək müqaviləsi bağlandıqdan sonra bu barədə əmr verə bilər.
Mİsal 1. İşəgötürən 24 fevral tarixdə əmr verir ki, 1 mart tarixdə işçi ilə əmək müqaviləsi imzalansın. İşəgötürənin bu cür əmr imzalaması əmək qanunvericiliyinə uyğun hesab edilmir
Mİsal 2. İşəğötürənlə işçi arasında 22 fevral tarixdə əmək müqaviləsi imzalanmasına baxmayaraq, işəgötürən bu barədə 26 fevral tarixdə əmr verir. Bu halda hər hansı qanun pozuntusu yoxdur, çünki işəgötürən əmək müqaviləsi imzalandıqdan sonra əmrin tərtibini həyata keçirib.
Qeyd edək ki, ƏMAS altsistemində ştatın yaradılması zamanı əmr məlumatların qeyd edilməsi zamanı işə qəbul yox, struktur və ya ştatla bağlı verilən əmrin göstəricilərini daxil etmək daha düzgün olardı.
1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:
Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf
Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf
Kitabın qiyməti:
Kağız formatda - 60 manat
Elektron formatda - 24 manat
Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.
Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın