Hamiləliyə və doğuma görə müavinətin misalla izahı (YENİ QAYDA)
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə
İndi isə 126 günlük sosial məzuniyyətdən istifadə edən işçiyə hesablanacaq müavinətin məbləğini müəyyən edək.
Mİsal. İşçi 5 aprel tarixinə 126 günlük sosial məzuniyyət hüququndan istifadə edir. İşçinin əvvəlki ardıcıl 4 rüb üzrə (2025-ci ilin II–IV rübü və 2026-cı ilin I rübü üzrə) hesablanmış qazancı 8 000 manat təşkil edib. İşəgötürən tərəfindən 100 000 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da, faktiki olaraq 80 000 manat (yəni 80 faiz) ödənilib.
Bu zaman müavinət üçün baza məbləği belə müəyyən edilir: 8 000 manat × 80 faiz = 6 400 manat
Qeyd: Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqı sığortaolunanlar üzrə hesablanmış məbləğə münasibətdə proporsional bölüşdürülərək fərdi şəxsi hesablarda qeyd edilir (“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” AR Qanunu.
Hesablama mərhələlərini təqdim edək:
1. Həmin məbləğin 4 misli tapılır: 6 400 manat × 4 = 25 600 manat
2. Əvvəlki 4 rüb üzrə təqvim günlərinin sayı müəyyən edilir: 365 gün
3. Bir təqvim gününə düşən qazanc hesablanır: 25 600 manat / 365 gün = 70,136 manat
4. Müavinət məbləği hesablanır: 70,136 manat (1 günə orta qazanc) × 126 gün (sosial məzuniyyət dövrü) = 8 837,26 manat
İşçiyə 126 günlük sosial məzuniyyət dövrü üçün hesablanmış hamiləliyə və doğuma görə müavinət məbləği 8 837,26 manat təşkil edir.
1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:
Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf
Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf
Kitabın qiyməti:
Kağız formatda - 60 manat
Elektron formatda - 24 manat
Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.
Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın