.jpg)
Məhdudiyyət! ƏMAS altsistemində edilən dəyişikliyə əsasən bəzi şəxslər üçün artıq bu sənədi əldə etmək mümkün olmayacaq
5 oktyabr 2025-ci il (şənbə) tarixdə saat 14:00- 17:00 -da ƏYANi formada növbəti tematik təlimimiz həyata keçiriləcək. 3 fərqli (ƏMAS altsistemi, e-gov.az və isb.az portalı) mövzuların əmək qanunvericiliyi və inzibati cərimələrin təlbələri gözlənilməklə eyni təlimdə keçirilməsi nəzərdə tutan tematik təlimin həyata keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, ƏMAS altsistemində yeni məhdudiyyətin tətbiq edilməsi həyata keçirilib. ƏMAS altsistemində işəgötürənlər Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən son 1 il ərzində əmək qanunvericiliyi ilə bağlı tətbiq edilən inzibati cərimələr haqqında arayışın əldə etmək imkanına malik olur. Bir qayda olaraq işəgötürənlər tərəfindən arayışın əldə edilməsi tenderlərdə iştirak zamanı tələb olunan sənədlərə görə həyata keçirilirdi. ƏMAS altsistemində arayışın əldə edilməsi üçün işəgötürənlər "İşəgötürənlər üzrə arayışlar" bölməsinə daxil olmaq lazımdır:
ƏMAS altsistemində arayışların əldə edilməsi ilə bağlı funksional bölmə tətbiq edildikdən sonra bütün növ işəgötürənlər tərəfindən həmin sənədi əldə etmək imkanı var idi. ƏMAS altsisteminə edilən dəyişlikliyə əsasən, artıq yalnız fərdi sahibkarlar tərəfindən həmin arayış əldə edilməsi imkanı yaradılıb. Hüquqi şəxs olan işəgötürən tərəfindən ƏMAS altsistemində arayış əldə edilməsi ilə bağlı müraciət etdikdə aşağıdakı formada məhdudiyyət bildirişi təqdim edilir:
Məlumat üçün bildirək ki. 25 oktyabr 2025-ci il tarixdə saat 14:00 -18:00-də əyani olaraq (Caspian Plaza) keçiriləcək tematik təlimdə ƏMAS altsisteminin bütün bölmələri ilə yanaşı son yenilikliklər haqqında da məlumat veriləcək. Bundan əlavə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı hesablanan müavinətlər üzrə e-gov.az portalında haqq-hesab cədvəllərin tərtib edilməsi və isb.az portalında sığorta müqavilələrin hazırlanması haqqında məlumat veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) və ya mksacademy2022@gmail.com email adressi ilə əlaqə saxlamağınız kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın