Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

“Sadələşdirlmiş vergi” bəyannaməsində verginin hesablanması necə təqdim olunur?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 07 Avqust 2023

“Sadələşdirlmiş vergi” bəyannaməsində verginin hesablanması necə təqdim olunur?

Satışı yalnız kitabxanalarda davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Sadələşdirlmiş verginin hesablanması ilə bağlı bölmədə məlumat vermişdik ki, sadələşdirilmiş vergi ödəyiciləri bir necə qrupa bölünür:

- Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri

Bu tip vergi ödəyiciləri oturacaq yerləri, yükdaşıma qabiliyyəti və nəqliyyat vasitəsinə görə Vergi Məcəlləsi ilə müəyyən edilən məbləği ödədiyi üçün “Sadələşdirilmiş vergi bəyannaməsi” təqdim etmirlər;

- Mülkiyyətində olan yaşayış, qeyri-yaşayış sahələri və torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər

Belə vergi ödəyicilərinin sadələşdirilmiş vergisi notariuslar tərəfindən ödəmə mənbəyində tutulduğu üçün “Sadələşdirilmiş vergi bəyannaməsi” təqdim etmələri qanunvericilikdə nəzərdə tutulmayıb.

- Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər

Dərzi, pinəçi və digər anoloji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etdiyi üçün “Sadələşdirilmiş vergi bəyannaməsi”nə ehtiyac olmur.

Beləliklə, “Sadələşdirilmiş vergi bəyannaməsi”ni aşağıdakı vergi ödəyiciləri təqdim edir:

- Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

- Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;

Qanunvericilikdə fəaliyyəti yuxarıdakı iki kateqoriyaya uyğun gələn, amma Vergi Məcəlləsinin 218.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri istisna edilir. Misal üçün, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini və ya xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olduğu halda da sadələşdirilmiş vergi ödəyicisi ola bilməz.

- İdman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər

Sadələşdirilmiş vergi bəyannaməsinin doldurulmasını misallar vasitəsilə izah edək.                          

Mİsal 1.  Vergi ödəyicisi 2023-cü ilin yanvar, fevral və mart aylarında müvafiq olaraq 10 000 manat, 20 000 manat və 40 000 manat məbləğində mal təqdim edib. 60 000 manatlıq təqdimetmə üzrə ödəniş 50 000 manat olub. Bu zaman vergi ödəyicisi həmin məlumatları bəyannamədə aşağıdakı şəkildə qeyd edəcək:

Şəkildən göründüyü kimi, aylar üzrə məlumat ilk üç sətirə qeyd edilsə də, rüb ərzində daxilolma 4-cü sətirdə əks etdirilir. Yəni ilk 3 sətrin cəmi mütləq 4-cü sətirə bərabər olmalı deyil. Çünki 4-cü sətirdə təqdimetmənin cəmi məbləği yox, təqdim edilmiş mallardan daxilolma qeyd edilir.

Mİsal 2. Vergi ödəyicisinin 2023-cü ilin yanvar, fevral və mart aylarında göstərdiyi xidmətlərin dəyəri müvafiq olaraq, 3 000 manat, 5 000 manat və 4 000 manat olub. Təqdim edilən xidmətlərə görə ödənişlər tam daxil olub. Bundan əlavə, 3-cü ayda növbəti aylarda göstəriləcək xidmət üçün 2 000 manat məbləğində avans da ödənilib. Bu halda məlumatların Sadələşdirilmiş vergi bəyanməsinə işlənilməsi aşağıdakı kimi olacaq:

Şəkildən göründüyü kimi, 2023-cü ilin mart ayında daxil olan 2 000 manat məbləğində avans məbləği “Sadələşdirilmiş vergi bəyannaməsi”ndə nəzərə alınmayıb. Çünki sadələşdirilmiş verginin vergitutma obyekti təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmidir. Yəni avans məbləği sadələşdirilmiş verginin vergitutma obyekti deyil. Avans məbləği həmin xidmətlər təqdim edildiyi dövrdə nəzərə alınacaq.

 Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    17 Sentyabr 202517:12

    İş vaxtının cəmlənmiş uçotu tətbiq edilən iki növbəli iş rejimində gecə vaxtına görə ödəniş necə hesablanır?

    Populyar məqalələr

    05 Sentyabr 202519:32

    ƏMAS Altsistemində Xitam əmri ilə bağlı SON YENİLİK!

    07 Sentyabr 202507:45

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat azadılması natamam iş vaxtı ilə çalışan işçiyə də tətbiq edilməlidir?

    08 Sentyabr 202515:20

    ƏMAS altsistemində elektron xəstəlik vərəqəsinin geri qaytarılmasında vacib məqam hansıdır?

    03 Sentyabr 202508:56

    ƏMAS altsistemində elektron məzuniyyət və ezamiyyət əmrinin tərtibi Əmək Məcəlləsinin hansı maddəsi ilə tənzimlənir?

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Sual-cavab

    İş vaxtının cəmlənmiş uçotu tətbiq edilən iki növbəli iş rejimində gecə vaxtına görə ödəniş necə hesablanır?.

    • 17 Sentyabr 2025

    Sual-cavab

    Son haqq-hesab məbləğdən icra sənədinə əsasən müəyyənləşən kredit ödənişi tutulmalıdır?.

    • 14 Sentyabr 2025

    Sual-cavab

    ƏMAS altsistemində əlilliyi olan işçilər haqqında məlumatlar hansı iki bölmədə əks olunur?.

    • 10 Sentyabr 2025

    Kitablar

    Vergi uçotu: A-dan Z-yə" (IX nəşr) kitabının Mündəricatları fayl şəklində.

    • 09 Sentyabr 2025

    Sual-cavab

    ƏMAS altsistemində xitamla bağlı məhdudiyyət yeniliyi hansı pozuntunun qarşısının alınmasına xidmət edir?.

    • 09 Sentyabr 2025

    Sual-cavab

    ƏMAS altsistemində elektron xəstəlik vərəqəsinin geri qaytarılmasında vacib məqam hansıdır?.

    • 08 Sentyabr 2025

    Sual-cavab

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat azadılması natamam iş vaxtı ilə çalışan işçiyə də tətbiq edilməlidir?.

    • 07 Sentyabr 2025

    Sual-cavab

    ƏMAS Altsistemində Xitam əmri ilə bağlı SON YENİLİK!.

    • 05 Sentyabr 2025

    Sual-cavab

    İşçi 2 ayı əhatə edən məzuniyyət hüququndan istifadə edirsə, bu zaman hesablama necə həyata keçiriləcək?.

    • 05 Sentyabr 2025

    Sual-cavab

    İşdən çıxma haqqında ərizə verən işçi həmin ərizəni hansı halda geri götürmək hüququna mallikdir?.

    • 04 Sentyabr 2025

    Sual-cavab

    ƏMAS altsistemində elektron məzuniyyət və ezamiyyət əmrinin tərtibi Əmək Məcəlləsinin hansı maddəsi ilə tənzimlənir?.

    • 03 Sentyabr 2025

    Məqalələr

    ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ.

    • 14 Avqust 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur