Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Hansı halda vergi orqanı malların dəyərini düsturla hesablayır?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 25 İyun 2023

Hansı halda vergi orqanı malların dəyərini düsturla hesablayır?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

1 yanvar 2022-ci ildə Vergi Məcəlləsinin 58.16-cı maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir.”
Malların alış dəyərini hesablamaq üçün, maddədə diqqətçəkən bir çox məqam var. 
Birinci məqam. Düsturun tətbiqi üçün əsas həmin malların Məcəllə ilə müəyyən edilmiş qaydada mədaxilinin rəsmi qaydada aparılmamasıdır. Yəni vergi nəzarəti tədbirləri zamanı məlum olarsa ki, həmin malların alışı zamanı sənədlərdə düzgün rəsmiləşdirmə aparılıb, amma təqdimetmədə problemlər mövcuddur, o zaman malların dəyərinin 1,2-yə bölünməsini nəzərdə tutan düsturdan istifadə edilmir.
İkinci məqam. Malların təqdim olunmasına dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə düsturdan istifadə edilmir. Misal üçün, malların təqdim edilməsi zamanı bənzər adlardan istifadə edildiyi halda malların dəyərinin 1,2-yə bölünməsi düsturundan istifadə tətbiq olunmur.
Üçüncü məqam. Düsturdan istifadədə məqsəd malların alış qiymətini müəyyənləşdirməkdir. Yəni vergi orqanı təqdimetmə ilə bağlı məlumata malik olsa da, həmin malların alış dəyərini müəyyənləşdirməlidir ki, həmin qiymətə maliyyə sanksiyası tətbiq etsin.
Dördüncü məqam. Düstur vasitəsilə hesablama yalnız Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə - malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmaması halında deyil, həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ilə tənzimlənən Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadığı hallarda tətbiq edilir.
Beşinci məqam. Təqdim edilən malların ümumi dəyərinin ekspert və mütəxəssisin rəyi əsasında müəyyənləşdirmək mümkün olmaması ilə bağlıdır. Yəni dəvət edilən ekspet və mütəxəsis malların adı konkret olmadığı üçün təqdim olunan mallar üzrə bazar araşdırması və digər fəaliyyət həyata keçirə bilməyəcək.
İndi isə misallar üzərində maliyyə sanksiyalarını hesablayaq.
Mİsal 1.  Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri aşkar edib ki, vergi ödəyicisi 40 000 manatlıq malın təqdim edilməsi zamanı ad hissəsində sadəcə “məişət texnikası” qeyd edib. Vergi orqanı alış sənədləri olmadığı üçün “məişət texnikası” adı altında hansı malların satılmasını müəyyən edə bilmir. O zaman maların alış dəyərini hesablamaq üçün təqdim edilən malların dəyərinin 1,2-ə bölünməsini həyata keçirir. Hesablamalara əsasən, malların alış dəyəri – 33 333,33 manat götürülərək maliyyə sanksiyası tətbiq edilir.
Mİsal 2. Vergi ödəyicisinin təqdim etdiyi məlumatlara əsasən yoxlama dövrü ərzində “meyvə-tərəvəz” adı altında 24 000 manatlıq mal təqdim edilib. Vergi orqanı həmin malların alışı dəyərini müəyyən etmək üçün mütəxəssis dəvət edə bilmir, çünki vergi ödəyicisinin konkret hansı meyvələri (alma, armud və s.) təqdim etməsi haqqında informasiya yoxdur. Bu zaman vergi orqanı maliyyə sanksiyası tətbiq etmək üçün malların təqdim edilmiş məbləğinin 1,20 bölünməsini həyata keçirir: 24 000 (təqdim olunan malların dəyəri) / 1,20 (istifadə edilən əmsal) = 20 000 manat.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    01 İyun 202608:39

    Hansı halda işçini işə qəbul etdikdə narkoloji müayinə tələb ediləcək? (YENİ)

    23 İyun 202609:10

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir

    03 İyun 202608:55

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?

    11 İyun 202609:11

    12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah)

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏLA XƏBƏR! Artıq işçilərinizin neçə gün əsas və əlavə əmək məzuniyyətinə malik olduğu ƏMAS Platformasında siyahı şəklində təqdim edilir.

    • 24 İyun 2026

    Məqalələr

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir.

    • 23 İyun 2026

    Məqalələr

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?.

    • 22 İyun 2026

    Vergi işi

    İnformasiya texnologiyaları sahəsində çalışan hansı mütəxəssislər 20 il müddətində gəlir vergisindən azaddırlar?.

    • 19 İyun 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 16 İyun 2026

    Məqalələr

    İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah).

    • 12 İyun 2026

    Vergi işi

    ƏLA XƏBƏR! ƏDV Depozit hesabından sosial ayırmalar üzrə ödənişləri edə biləcəyik?.

    • 11 İyun 2026

    Məqalələr

    12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah).

    • 11 İyun 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 10 İyun 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 09 İyun 2026

    Məqalələr

    İşəgötürənin vergi sirrini yaymaq halında əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək?.

    • 08 İyun 2026

    Məqalələr

    Distant iş forması əmək şəraitinin əlavə şərti hesab olunacaq? (3 VACİB MƏQAM).

    • 05 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur