Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Vergi ödəyicisi dəqiqləşdirilmiş vergi hesabatını hansı hallarda və müddətdə təqdim etməlidir?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 14 İyun 2023

Vergi ödəyicisi dəqiqləşdirilmiş vergi hesabatını hansı hallarda və müddətdə təqdim etməlidir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 72.5-ci maddəsi vergi ödəyiciləri tərəfindən dəqiqləşdirilmiş hesabatın verilməsini tənzimləyir. Həmin maddə ilə bağlı diqqət yetiriləsi bir neçə məqam var. Birinci məqam odur ki, Vergi Məcəlləsi vergi ödəyicisinə dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdimi ilə bağlı məhdudiyyətlər tətbiq edir. Belə ki, Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.
Misal 1. ƏDV ödəyicisi ötən hesabat ayında aldığı malı tam və ya qismən geri qaytarıb. Bu zaman ƏDV ödəyicisinin dəqiqləşdirilmiş vergi hesabatı təqdim etməsinə məhdudiyyət qoyulur. Vergi ödəyicisi cari ƏDV bəyannaməsində dəqiqləşdirmə həyata keçirməlidir.
Misal 2. Vergi ödəyicisi ötən dövr üzrə Mənfəət vergisi bəyannaməsində ezamiyyə xərcini düzgün bəyan etməyib. Bu halda vergi ödəyicisi dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edə bilər.
Misal 3. Vergi ödəyicisi ötən dövr üzrə vahid bəyannamədə işçinin əmək haqqı üzrə gəlir vergisinə güzəşt tətbiq etməyib. Bu halda da vergi ödəyicisi dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilər.
İkinci məqam dəqiqləşdrilmiş bəyannamənin  təqdim olunmasına qoyulan məhdudiyyətlərlə bağlıdır. Belə ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsində qeyd edilir ki, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.
Misal. Vergi orqanı vergi ödəyicisinə növbəti səyyar vergi yoxlamasının 10 aprel 2023-ci ildə başlanacağı haqqında bildiriş göndərib. Bu halda vergi orqanı bildirişdə göstərilən tarixdən sonra vergi ödəyicisinin dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş vergi hesabatı hüququnu məhdudlaşdırır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    16 Mart 202613:24

    RƏSMİ MÖVQE: Məzuniyyət vaxtı üçün orta əmək haqqı sonuncu əmək haqqı ilə necə müqayisə edilməlidr?

    18 Mart 202610:56

    YENİ DƏYİŞİKLİK! Dövlət qulluqçularına verilən mükafatlar ləğv olunur, sabit maaş gücləndirilir

    16 Mart 202610:46

    İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?

    12 Mart 202616:24

    ƏMAS altsistemində YENİLİK! “Tarif (vəzifə) maaşı” fərqli bölmədən daxil ediləcək

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏMAS-da YENİLİK! Müddəti bitən şəxsiyyət vəsiqələri barədə işəgötürənlərə avtomatik məlumat veriləcək.

    • 19 Mart 2026

    Məqalələr

    Əsas məzuniyyətin müddəti ilə bağlı yeni tələb nədir?.

    • 19 Mart 2026

    Məqalələr

    DİQQƏT! Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün əməkhaqqı kalkulyatoru istifadəyə verdi.

    • 18 Mart 2026

    Məqalələr

    YENİ DƏYİŞİKLİK! Dövlət qulluqçularına verilən mükafatlar ləğv olunur, sabit maaş gücləndirilir.

    • 18 Mart 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 18 Mart 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 17 Mart 2026

    Məqalələr

    Çalışmanın yaş həddi ilə bağlı müddətin uzadılması prosesi necə həyata keçirilməlidir?.

    • 17 Mart 2026

    Məqalələr

    RƏSMİ MÖVQE: Məzuniyyət vaxtı üçün orta əmək haqqı sonuncu əmək haqqı ilə necə müqayisə edilməlidr?.

    • 16 Mart 2026

    Məqalələr

    İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?.

    • 16 Mart 2026

    Sosial

    ƏMAS altsistemində yeni funksionallıq: Ştat cədvəlində vəzifə (tarif) maaşı da əlavə ediləcək.

    • 13 Mart 2026

    Məqalələr

    Sonuncu əmək haqqı ilə məzuniyyət haqqının müqayisəsi necə aparılmalıdır? (Misal üzərindən izah).

    • 13 Mart 2026

    Məqalələr

    ƏMAS altsistemində YENİLİK! “Tarif (vəzifə) maaşı” fərqli bölmədən daxil ediləcək.

    • 12 Mart 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur