Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi necə həyata keçirilir?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 15 May 2023

Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi necə həyata keçirilir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”nın 2.4-cü maddəsinə əsasən, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır.
Maddədən göründüyü kimi, vergi ödəyicisinin mütləq əməl eməli olduğu konkret tələblər mövcuddur. 
Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.
Mİsal 1.  Vergi ödəyicisi 18 yanvar 2022-ci il tarixdə bank hesabından çıxardığı 15 000 vəsaiti 19 yanvar 2022-ci il tarixdə kassaya mədaxi edib. Vergi ödəyicisinin vəsaiti həmin gün yox, növbəti gün kassaya mədaxil etməsi uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman vergi orqanının Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq etmək hüququ var.
İkinci tələb ondan ibarətdir ki, bank hesabından çıxarılan vəsait kassa mədaxil orderində qeyd edilməklə kassaya mədaxil edilməlidir. Yəni vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla xərclənməsinə qərar verə bilməz.
Mİsal 2.  Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 3000 manat çıxartmağa qərar verir. Bu halda vergi ödəyicisi həmin vəsaiti mütləq kassaya mədaxil etməli, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş etməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd edilən qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.
Üçüncü tələb odur ki, bank hesabından çıxarılmış nağd pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və ya bank hesabından çıxarışda göstərilən məbləğlə uyğun olmalıdır.
Mİsal 3. Vergi ödəyicisinin çekinin kötüyündə 4000 manat yazılıb, ancaq bank hesabından həmin məbləğdən fərqli vəsait çıxarılıb. Bu, vergi ödəyicisi tərəfindən uçot qaydalarının pozulmasıdır. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 - YENİ

2. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

3. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

4. Əmək Qanunvericiliyi Toplusu 2023

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

8. Mühasibat uçotu 2022

9. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    16 Mart 202613:24

    RƏSMİ MÖVQE: Məzuniyyət vaxtı üçün orta əmək haqqı sonuncu əmək haqqı ilə necə müqayisə edilməlidr?

    18 Mart 202610:56

    YENİ DƏYİŞİKLİK! Dövlət qulluqçularına verilən mükafatlar ləğv olunur, sabit maaş gücləndirilir

    16 Mart 202610:46

    İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?

    12 Mart 202616:24

    ƏMAS altsistemində YENİLİK! “Tarif (vəzifə) maaşı” fərqli bölmədən daxil ediləcək

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏMAS-da YENİLİK! Müddəti bitən şəxsiyyət vəsiqələri barədə işəgötürənlərə avtomatik məlumat veriləcək.

    • 19 Mart 2026

    Məqalələr

    Əsas məzuniyyətin müddəti ilə bağlı yeni tələb nədir?.

    • 19 Mart 2026

    Məqalələr

    DİQQƏT! Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün əməkhaqqı kalkulyatoru istifadəyə verdi.

    • 18 Mart 2026

    Məqalələr

    YENİ DƏYİŞİKLİK! Dövlət qulluqçularına verilən mükafatlar ləğv olunur, sabit maaş gücləndirilir.

    • 18 Mart 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 18 Mart 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 17 Mart 2026

    Məqalələr

    Çalışmanın yaş həddi ilə bağlı müddətin uzadılması prosesi necə həyata keçirilməlidir?.

    • 17 Mart 2026

    Məqalələr

    RƏSMİ MÖVQE: Məzuniyyət vaxtı üçün orta əmək haqqı sonuncu əmək haqqı ilə necə müqayisə edilməlidr?.

    • 16 Mart 2026

    Məqalələr

    İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?.

    • 16 Mart 2026

    Sosial

    ƏMAS altsistemində yeni funksionallıq: Ştat cədvəlində vəzifə (tarif) maaşı da əlavə ediləcək.

    • 13 Mart 2026

    Məqalələr

    Sonuncu əmək haqqı ilə məzuniyyət haqqının müqayisəsi necə aparılmalıdır? (Misal üzərindən izah).

    • 13 Mart 2026

    Məqalələr

    ƏMAS altsistemində YENİLİK! “Tarif (vəzifə) maaşı” fərqli bölmədən daxil ediləcək.

    • 12 Mart 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur