Vergi orqanı hansı halda vətəndaşın qeydiyyat ərizəsi olmadan vergi ödəyicisini uçota alacaq? (Misalla izah)

Satışına start verilən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023" kitabından seçmə

Təcrübədə vergi orqanı ilə vətəndaşlar arasında yaranan mübahisələrdən biri də malları alış aktı ilə təqdim edən vergi ödəyicisinin özünün xəbəri olmadan uçota alınmasıdır.
Misal. Vergi ödəyicisi vətəndaşdan 30 000 manat məbləğində qara metal qırıntıları qəbul edib. Bu zaman vergi orqanı həmin şəxsə onun vergi uçotuna alınması və vergi borcunun yaranması haqqında məlumat göndərirdi.
Qeyd etdiyimiz hallara təcrübədə çox rast gəlinirdi. Vətəndaşlar narazılıq edirdilər ki, vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etmədiklərindən, onların qeydiyyata alınması vergi qanunvericiliyinə ziddir.

1 yanvar 2023-cü il tarixdən etibarən fərdi sahibkara məlumat verilməsi ilə bağlı maddə dəyişdirilib. Dəyişikliyə qədər Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən, Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verirdi. Maddədən köhnə redaksiyasından göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün qeydiyyatla bağlı müddət 5 gün kimi qəbul edilib.
1 yanvar 2023-cü il tarixdən isə, Vergi Məcəlləsinin 33.5-ci maddəsi yeni redaksiyada təsdiq edilib. Dəyişlikliyə əsasən, bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.
Maddədən diqqət yetiriləsi məqam “vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır” ifadəsidir. Həmin ifadə əsas götürülərək vergi orqanı malları alış aktı ilə təqdim edən vergi ödəyicisini vergi uçotuna alaraq 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərə bilər.

 Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr)  2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər