Dövlət Vergi Xidmətinin cavabı: Mənfəət vergisi bəyannaməsinin 247-ci “VM-in 114.4-cü maddəsi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği” adlı sətrinin A4 xanalarında hesabat ilində Vergi Məcəlləsinin 114.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş amortizasiya normalarından aşağı norma tətbiq olunması nəticəsində növbəti vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna biləcək yaranmış fərqin məbləği göstərilir.
Misal: 2020-ci il üzrə müəssisə nəqliyyat vasitələri kateqoriyasına aid 100.000,0 manat dəyərində aktivlərə Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutulmuş 25 faiz əvəzinə 20 faiz dərəcəsi ilə 20.000,0 manat amortizasiya hesablamışdır. Bunun nəticəsində yaranmış 5.000,0 manat (25.000,0-20.000,0) fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Bu halda 247 sətrinin A4 xanalarında 5.000,0 manat növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği yazılır.
Əsas: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası
Satışda olan YENİ nəşrlərimiz:
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
2. Əmək Qanunvericiliyi Toplusu 2023
3. ƏMAS platforması A-dan - Z-yə
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr)
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
7. Mühasibat uçotu