Riskli vergi ödəyicisi anlayışı xidmət sektoruna da tətbiq ediləcək? (2-ci yazı)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ı təsdiq edilib. Mks.az saytı olaraq həmin qərarla bağlı araşdırma yazıları təqdim edirik.

Bu yazımızda qaydaların 2.1.2-ci maddəsində qeyd edilən meyarlar haqqında məlumat verəcəyik.

Qaydaların 2.1.2-ci maddəsində qeyd edilir ki,  aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.

Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur.

Misal 1.  Vergi ödəyicisi 40 000 manatlıq mebel avandanlığının satışını həyata keçirsə də, yoxlama zamanı məlum olur ki, sahibkar həmin mebel avandanlığının alışını həyata keçirməyib. Həmçinin vergi ödəyicisi mebel avandanlığı düzəltmək üçün istehsalat sahəsinə də malik deyil.

Misal 2.  Vergi ödəyicisi 20 000 manatlıq montaj işinin həyata keçirilməsi ilə bağlı qarşı tərəflə müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisinin montaj işinin həyata keçirilməsi üçün hər hansı fəaliyyəti olmayıb və bu əməliyyat sadəcə sənədləşmə üçün həyata keçirilib.

Bəzi həmkarlarımız riskli vergi ödəyicisi anlayışının ancaq mallara tətbiq olunmasını fikirləşirlər, ancaq nəzərə almaq lazımdır ki, əmtəətiz əməliyyatlar anlayışında xidmət də nəzərdə tutulduğundan riskli vergi ödəyicisi xidmət sektoruna da şamil olunacaq.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər