
Vergi orqanından məktub: "Dövlətdən müvafiq maliyyə dəstəyi almağınız...."
Fəaliyyət növü təsərrüfat subyektinin (obyektinin) olmasını tələb edən vergi ödəyiciləri barədə
Hörmətli vergi ödəyicisi!
Vergilər Nazirliyində olan uçot-baza məlumatlarının təhlili zamanı müəyyən edilmişdir ki, faəliyyət vəziyyətinizin aktiv olmasına və fəaliyyət növünüzün təsərrüfat subyektində (obyektində) həyata keçirilməsi tələb olunduğuna baxmayaraq, tərəfinizdən təsərrüfat subyektinizin (obyektinizin) qeydiyyata alınması barədə vergi orqanına müraciət edilməmişdir.
Əlavə olaraq bildirirk ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyinizlə əlaqədar müraciətiniz əsasında dövlətdən müvafiq maliyyə dəstəyi almağınız Sizin təsərrüfat subyektində (obyektində) fəaliyyət göstərmənizi təsdiq edir. Odur ki, aşağıdakı hallardan birinə uyğun olaraq vergi orqanına müvafiq ərizə forması ilə müraciət edilməsi Sizə tövsiyə edilir (https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari
1. Vergi orqanına vergi uçotuna alınmaq üçün təqdim etdiyiniz ərizə formasında qeyd etdiyiniz fəaliyyət növündən fərqli fəaliyyət növü ilə məşğul olduğunuz təqdirdə-fəaliyyət növünüzün dəyişdirilməsi barədə;
2. Uçot-baza məlumatlarınız düzgün olduğu təqdirdə- təsərrüfat subyektinizin (obyektinizin) vergi uçotuna alınması barədə.
Bildiririk ki, qeyd olunan ərizə formalarının İnternet Vergi İdarəsi üzərindən (www/e-taxes.gov.az) təqdim edilməsi imkanları mövcuddur..."
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
Almas 13 May 2020
Meherremova-Almas men-sizden-artiq-derecede-xais-edirem-islediyim-vaxt-ferdi-ucotunda-voun-olub-hal-hazirda-issizem-eker-issisemse-ec-bir-yerden-maas-almiramsa-voun-mene-lazim-deyil-standart-bankda-xadimeci-islemisem-10-il-hal-hazirda-ec-bir-yerde-islemirem--veziyetimde-yaxsi-deyil-190manat-qediyata-dusmisdim-mene-imtina-keldi-yaxsi-ec-bir-yerde-islemiremse--ve-men-nece-dolan-maliyam-59-yasinda-qadinam-oziminde-hal-hazirda-ureyim-xestedi-dermanlarnan-yasayiram-ele-olurki-corek-almaqa-hetta-bele-derman-almaqa-pulum-olmur-ec-bir-yerden-yardim-olmur-sizden-artiq-deteceden-xais-edirem-bir-Azerbaycan-vetandasi-olaraq-sizden-komek-isteyirem
Şərh yazın