Vergi ödəyiciləri ay ərzində nə qədər nağd ödəniş edə bilər?

Anar Bayramovun müəllifi olduğu "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun ən çox müzakirə olunan hissəsi 3.3-cü maddəsidir. Həmin maddəyə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qeyd edək ki, bu ödənişlər Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Bu barədə geniş məlumat verməmişdən öncə aydınlaşdıraq ki, hansı vergi ödəyicilərinə aylıq olaraq 15 000, hansılara 30 000 manat nağd əməliyyat aparmağa icazə verilir. Öncəliklə bildirək ki, bu bölgü zamanı vergi ödəyicisinin fiziki və hüquqi şəxs kimi statusa malik olmasının əhəmiyyəti yoxdur.
15 000 manatlıq aylıq limit aşağıdakılara aiddir:
- Vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan az olmalıdır;
- ƏDV qeydiyyatı üzrə vergi ödəyicisi olmamalıdır.
30 000 manatlıq aylıq limit aşağıdakılara aiddir:
- ƏDV ödəyicisi olanlar;
- Vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri.
Qeyd: 1 yanvar 2019-cu il tarixdən etibarən, vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün ƏDV qeydiyyatı məcburidir.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər