12 aydan az işləyənlər üçün məzuniyyət necə hesablanmalıdır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Əmək qabiliyyətinin itirilməsi zamanı müavinətin hesablanması ilə bağlı Əsasnamədə qeyd edilir ki, işçinin hansı müddətdə işləməsindən asılı olmayaraq dövr olaraq 12 ay götürülür. Məzuniyyətlə bağlı əmək qanunvericiliyinin tələbi isə fərqlidir.
Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Misal. “A” MMC-nin işçisi Məmmədov Turan 1 mart 2019-cu il tarixdə işə qəbul olunub. İşçinin əmək haqqı işlədiyi bütün aylar üzrə 420 manat olub. İşçi 15 oktyabr 2019-cu il tarixdə işəgötürənə müraciət edərək bildirir ki, 22 oktyabr 2019-cu il tarixdən 15 gün müddətinə əmək məzuniyyətinə çıxmaq istəyir. Deməli, işçinin işlədiyi tam ayların sayı 7-dir (01 mart – 30 sentyabr 2019-cu il).
Düsturumuzdan istifadə etməklə hesablama aparaq.
Məzuniyyət haqqı = ((əvvəlki 7 təqvim ayının qazancı) / 7 ay / 30,4 əmsalına) x məzuniyyət müddətinin təqvim günlərinin sayı = ((2940manat) / 7 ay / 30,4 əmsalına) x 15 gün= 207,27 manat.
Bir məsələni qeyd edək ki, işçi işə qəbul olunduqdan sonra hər hansı səbəbdən 12 təqvim ayının hamısını işləmədiyi halda hesablama zamanı 12 ay əsas götürülür.
Misal. “A” MMC-nin işçisi Babayev Muxtar 1 sentyabr 2019-cu il tarixdə işə qəbul olunub. 2019-cu ilin iyul-avqust aylarında ödənişsiz məzuniyyətə çıxıb. 10 oktyabr 2019-cu il tarixdə əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir.
İşçinin əvvəlki 12 ayın 2 ayında ödənişsiz məzuniyyətlə əlaqədar olaraq əmək fəaliyyətinin olmamasına baxmayaraq məzuniyyət haqqı hesablanan zaman cəmi məbləğ 10 yox, 12 aya bölünəcək.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

3 Komment

  1. Adil Nifdullayev 24 Fevral 2020

    Salam! Müəllim 2019 cu ilin iyul ayında- yay əmək məzuniyyəti dövründə xəstələnib. 2020-ciilin aprel ayında xəstəlik vərəqəsini(05 iyul-31 iyul 2019-cu il)təqdim edərək istifadə edə bilmədiyi günlər üçün əlavə məzuniyyət istəmişdir.Ona əlavə məzuniyyətdən 31 dekabr 2019-cu ilədək istifadə etməliydin deyib ödənişdən imtina edilib. Bu nə dərəcədə qanunauyğundur?

  2. Adil Nifdullayev 24 Fevral 2020

  3. Mexdi 08 İyun 2021

    Salam, musiqi məktəblərində əvəzçi müəllimlər sentyabr ayının 15-dən gələn il iyun ayının 15-ə dək əmək müqviləsi bağlanmışdır. Müqavilə vaxtı qurtardıqdan sonra ona 42 günlük axır hesabMəzuniyyət )verilir. Zəhmət olmasa əvəzçi müəllimlərin müqavilə ilə işə götürülmə və xitam verilməsi barədə qanun və ya qərarı harda tapaq,

Şərh yazın

Xəbərlər