Vətəndaş hansı məbləğdə və müddətdə malları rüsum ödəmədən ölkəmizə gətirə bilər?

Anar Bayramovun müəllifi olduğu "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

İdxal əməliyyatlarından danışarkən, Nazirlər Kabinetinin 303 saylı, 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»ndan bəhs etməmək mümkün deyil. Bu qayda fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. Əksər vətəndaşlarımız xarıcdən ölkəmizə daxil olduqda mallarının gömrük nəzarətindən keçirilməsi təcrübəsinə malikdir. Gömrük orqanlarının vətəndaşlarının gətirdiyi malların hansı hallarda şəxsi istehlak və ya kommersiya məqsədi olmasına aydınlıq gətirməsi üçün qaydalarda 3 əsas məsələ üzrə normalar müəyyənləşib:

- Malların dəyəri;
- Malların sayı;
- Malları gömrükdən keçirən şəxsin sərhədi keçmə dövriliyi.
Qaydalarda qeyd olunur ki, vətəndaş hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan malları rüsüm ödəmədən ölkəmizə keçirə bilər. Bu məbləğə səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar daxil edilmir.

Misal. Mahmudov Turan Türkiyədən ölkəmizə səfər edərkən 1750 dollarlıq malları gömrükdən keçirir. Gömrük yoxlaması zamanı məlum olur ki, həmin malların icərisində vətəndaşın zəruri ehtiyacının ödənilməsi üçün olan malların dəyəri 300 dollardır. O səbəbdən də, digər malların dəyəri 1450 dollar (1750 dollar – 300 dollar) olduğu üçün gömrük rüsümuna cəlb edilmir. Diqqət yetiriləsi digər məqam fiziki şəxsin təqvim ayı ərzində necə dəfə səfər etməsidir. Əgər gömrük orqanları müəyyən edərsə, bu, artıq Mahmudov Turanın 2-ci və ya 3-cü səfəridir, o zaman əlavə araşdırma aparılmasına ehtiyac yaranacaq.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər