1 yanvar 2020-ci ildən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün konkret TƏLƏB

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

175.1.1-ci maddədə “bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq” sözləri “alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt” sözləri ilə əvəz edilsin;

175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;

Açıqlama: Vergi ödəyicisi mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə ƏDV-ni o zaman əvəzləşdirə biləcək ki, alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyəri və ona mütənasib ƏDV məbləği tam ödənilsin.

Misal. ƏDV ödəyicisi olan “A” MMC qarşı tərəfdən yanvar ayında 1000 manatlıq mal alıb. “A” MMC yanvar ayında həmin malın 600 manatını və müvafiq olaraq 108 manat (600 manat x 18 faiz) ƏDV-ni ödəyib. Fevral ayında isə 400 manat və ona mütənasib 72 manat (400 x 18 faiz) ƏDV ödəyib. Bu halda “A” MMC yanvar və fevral ayında müvafiq olaraq 108 manatlıq və 72 manatlıq ƏDV-ni əvəzləşdirə biləcək.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər