Vətəndaşdan malların alınmasının rəsmiləşdirilməsi və vergi öhdəliyi (MİSALLA İZAH)

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Təsəvvür edək ki, topdansatış fəaliyyəti ilə məşğul olan “A” MMC şirkəti vergi uçotunda olmayan şəxsdən 20 000 manat məbləğində mallar alıb. Həmin malların 12 000 manatı kənd təsərrüfatı mallarıdır, o cümlədən 5 000 manatı birbaşa kənd təsərrüfatı məhsulları istehsalçısından alınıb. 3 500 manatı şüşə məmulatı, 4 500 manatı isə dəmir qablardır. Bu halda rəsmiləşdirmə belə olacaq.

Vergi ödəyicisi malların tipindən asılı olmayaraq “Malların alış aktı” tərtib edərək, onu malları təqdim edən şəxsə imzalatdırır. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Həmçinin, malları təqdim edənin şəxsiyyət vəsiqəsinin sürəti alınaraq, “Malların alış aktı” sənədinin arxasına əlavə edilməlidir. Yalnız istehsal fəaliyyəti üzrə istehsal ehtiyatları alındıqda malları təqdim edənə “Malların alış aktı” yox, “İstehsal ehtiyatlarının alış aktı” imzalatdırılmalıdır. İstehsal ehtiyatları dedikdə, istehsal prosesində istifadə olunan mal-material nəzərdə tutulur. Nağd ödəniş zamanı ödənişin olunmasını təsdiq edən sənəd kimi kassa məxaric orderi hazırlanaraq malları təqdim edən şəxsə imzalatdırılır. Vergi ödəyicisi Vergi Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, ödəmələr haqqında vergi orqanına da məlumat verməlidir.

Vergi ödəyicisi olmayan şəxslərdən alınan malların anbara verilməsi müvafiq olaraq “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilməlidir.
İndi isə alınan mallar üzrə vergi öhdəliyinin hesablanmasını misallarla izah edək: Kənd təsərrüfatı istehsalçısı olmayan şəxsdən alınan 7 000 manat ödənişdən ödəmə mənbəyində 2 faiz – 140 manat (7 000 x 2 faiz) vergi tutulmalıdır. Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərdən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutmalıdır. Həmin məhsullara aşağıdakılar aiddir: - kənd təsərrüfatı məhsulları (istehsalçılardan alınan məhsullar istisna olmaqla); - əlvan və qara metal qırıntılarının qəbulu; - utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; - utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu. 5 000 manat məbləğində kənd təsərrüfatı məhsulu istehsalçısından alınan mal üzrə ödəmə mənbəyində vergi hesablanmır. Çünki Vergi Məcəlləsinə əsasən, kənd təsərrüfatı məhsulu istehsalçılarının gəlirləri vergidən tam azaddır. Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 3 500 manatlıq şüşə məmulatı üzrə ödəniş olunduqda, 70 manat (3 500 x 2 faiz) ödəmə mənbəyində vergi tutulacaq. Çünki şüşə məlumatları da “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısına aiddir.

Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 4 000 manatlıq dəmir qabların alınması zamanı ödəmə mənbəyində hər hansı verginin tutulması həyata keçirilmir. Çünki dəmir qablar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısına aid deyil.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

1 Komment

  1. UMUD 09 İyul 2020

    Vətəndaşdan malların alınmasının rəsmiləşdirilməsi və vergi öhdəliyi (MİSALLA İZAH) BU MISAL YAZANDA NE OLAR BIR ADI VETENDASDAN ALINAN MAL BAREDADA YAZARDINIZDA..MESELEN VOEN OLMAYAN ADI VETENDASDAN 500 MANATLIQ KOMPUTER ALMISAM..BUNA GORE MENA 14 FAIZ VERGI ODEMA MENBEYINDEN VE DSMF TUTMALIYAM YA YOK.VERGI DEYIR HESABLANMALIDIR,,AMA HANSI MADE ILE BILMIREM....BIRDE VETENDAS XIDMET GOSTERDIKDE VERGI NECADIR?...SONRA BU NE QAYDADIR----mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir ..30 MANAT ODESA QAYDA POZULUR.

Şərh yazın

Xəbərlər