Təqdim olunan elektron qaimə-fakturanı ləğv etmə prossesinin misalla izahı

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda qeyd olunur ki, vergi ödəyicisi göndərdiyi elektron qaimə-fakturanı ləğv etmək hüququna malikdir. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat vergi ödəyicisinin e-qutusuna ötürülür. Ləğv olunan elektron qaimə-faktura üzərində düzəliş aparmağa icazə verilmir. əgər vergi ödəyicisi ləğv olunan elektron qaimə-faktura ilə bağlı düzəliş emək istəyirsə, bu zaman yenisini yaratmalıdır. Vergi ödəyicisi göndərdiyi elektron qaimə-fakturanı ləğv etmək üçün “Göndərdiklərim” qovluğundan ləğv etmək istədiyi qaimə-fakturanı seçir. Sonra “Seçilmişləri ləğv et” düyməsini sıxır və əməliyyatı təsdiqləmək üçün ləğvetmə səbəbini daxil edərək təsdiqləyir. Yekun olaraq, elektron qaimə-faktura ləğv edilir və onun vəziyyəti hər iki vergi ödəyicisində “Ləğv edilib” kimi əks olunur. Qeyd edək ki, elektron qaimə-fakturanın bu cür ləğvi prossesi haqlı olaraq vergi ödəyicilərinin narazılığına səbəb olur.

Misal üçün, “A” MMC 5 may 2019-ci il tarixdə 500 ədəd şirniyyatı təhvil verməsi ilə bağlı qaimə-faktura təqdim edib. “S” MMC təqdim olunan elektron qaimə-faktura əsasında malların anbara təhvil verilməsi məqsədilə “Malların təhvil-təslimi aktı”nı hazırlayıb. Fərz edək ki, 15 may 2019-ci il tarixdə “A” MMC elektron qaimə fakturanı ləğv etdiyindən artıq “S” MMC-dəki mallar sənədsiz hesab olunur. Prosedurların bu şəkildə aparılması qəbul edildiyindən elektron qaiməfaktura ləğv edilən vergi ödəyicisində vergi nəzarəti tədbirləri zamanı əlavə izahatların təqdim olunmasına ehtiyac yaranır.

1 Komment

  1. Samira 20 Avqust 2019

    salam. “Vergi uçotu: A-dan Z-yə” kitabın dəyərini öyrənmək istəyərdim və rayona çatdırılma qaydası

Şərh yazın

Xəbərlər