Barter əməliyyatları zamanı mənfəət(gəlir) və ƏDV necə hesablanır?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Qəbələ ərazisindəki torpaq sahəmi həmin ərazidəki digər torpaq sahəsi ilə dəyişdirmək istəyirəm (barter müqaviləsi vasitəsilə). Barter müqaviləsi üzrə hər iki tərəfin ödəməli olduğu vergiləri (Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad edilməklə) bildirməyinizi sizdən xahiş edirəm.

Cavab: “Barter” dedikdə malların (işlərin və ya xidmətlərin) mübadiləsi nəzərdə tutulur. Hər hansı fiziki və ya hüquqi şəxs aldığı malların (işlərin və ya xidmətlərin) qarşılığında qarşı tərəfə pul vəsaiti deyil, müvafiq olaraq, mallar (işlər və ya xidmətlər) təqdim edir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən, barter (mal mübadiləsi) zamanı vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri vergi ödəyicisinin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.

Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Torpağın təqdim edilməsi ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər