Xəyal Feyzullayevin təqdimatında: İdxal malları barədə vergi orqanına məlumatın verilməməsi hansı məsuliyyət yaradır?

Xaricdən mal idxalı ilə məşğul olan müəyyən qrup vergi ödəyiciləri ölkəyə gətirdikləri məhsullar barədə vergi orqanına məlumat verməlidirlər. Bəs bu qayda hansı biznes subyektlərinə tətbiq olunur? Əgər vergi ödəyicisi idxal etdiyi mallar barədə məlumat verməzsə, ona qarşı hansı tədbirlər görülür?

Mövzu ilə bağlı “vergiler.az”ın suallarına vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir:

Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar uçotda olduqları vergi orqanına təqdim edilməlidir. Qeyd olunan maddəyə əsasən, əgər vergi ödəyicisinin qeydiyyatda yalnız bir obyekti varsa, idxal olunacaq mallar barədə vergi orqanına məlumat təqdim edilmir. Bu halda mallar qeydiyyatda olan həmin obyektə boşaldılmış hesab edilir.

Lakin burada bəzi fərqlər var. Əgər mallar hava nəqliyyatı vasitəsilə gətirilirsə, həmin mallar gömrük nəzarətindən çıxdıqdan sonra 1 iş günü müddətində vergi orqanına məlumat verilməlidir. Digər hallarda isə vergi orqanının nəzarətindən çıxana qədər vergi ödəyicisi tərəfindən vergi orqanına məlumat verilməlidir.

Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Bu sanksiyanın məbləği mikro sahibkarlar üçün idxal edilmiş malın invoys dəyərinin və ya təhrif edilməklə verilibsə, təhrif eidlmiş dəyərinin 2 faizi həcmində, digər sahibkarlar üçün isə idxal edilmiş malın invoys dəyərinin və ya təhrif edilməklə verilibsə, təhrif edilmiş dəyərinin 5 faizi həcmində müəyyən edilib.

Misal: Kiçik sahibkarlıq subyekti meyarına uyğun olan “A” MMC Çin Xalq Respublikasından satış məqsədilə invoys dəyəri 50.000 USD (AZN qarşılığı 85.000 manat) olan məişət avadanlıqlarını quru yolu vasitəsilə gətirib. MMC-nin Bakı şəhərində bir ofisi və bir anbarı, Gəncə şəhərində isə bir anbarı vardır və vergi orqanında qeydiyyata alınıb. Gətirilən mallar üzrə bütün idxal rüsum və vergilər ödənildikdən sonra sərbəst dövriyyə üçün buraxılış rejimində gömrük nəzarətindən çıxsa da həmin malların hansı təsərrüfat subyektinə (obyektinə) boşaldılacağı barədə vergi orqanına məlumat təqdim edilməyib.
Belə olan təqdirdə, vergi orqanı tərəfindən “A” MMC-yə 4.250 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər:

85.000 x 5% = 4.250 manat.

Əgər həmin MMC mikro sahibkarlıq subyekti olarsa, bu zaman maliyyə sanksiyasının məbləği 1.700 manat təşkil edəcək:

85.000 x 2% = 1.700 manat.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər