Vergi borcuna görə vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması necə tənzimlənir?

Vergi borcuna görə vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması necə tənzimlənir?

Satışı davam edən "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" (III nəşr) kitabından seçmə

- vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək (Maddə 23.1.15-3.)

 Kredit və s. borcları zamanı iddiaçı tərəf cavabdeh şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün sənədin məhkəmədən icra şöbəsinə getməsini gözləməlidir. Amma vergi orqanlarının icra orqanlarına müraciət etmədən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var.  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxa birlər.

Həmçinin, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Qeyd edək ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 30 sentyabr 2016-cı il tarixli, 314-VQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindəki “həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etmək” sözləri “dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə” sözləri ilə əvəz edilib. Beləliklə, vergi orqanı məhkəməyə müraciət etmədən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilir.

Mİsal. Vergi orqanının iddiasına əsasən, hüquqi şəxsin rəhbərinin 1000 manat borcu olduğuna görə məhkəmə xüsusi icraat qaydasında onun ölkədən çıxışını məhdudlaşdırıb. Vergi ödəyicisi həmin borcu ödədikdən sonra artıq vergi orqanı məhkəməyə müraciət etmədən, məhkəmə həmin şəxsin ölkədən çıxışına məhdudiyyətin götürülməsi barədə qərar qəbul edə bilir.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər