Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Altay Cəfərovun təqdimatında: Bələdiyyələrə yaranan vergi borcları

  • Əsas səhifə
  • Nəşrlər
  • 0 Komment
  • 19 May 2023

Altay Cəfərovun təqdimatında: Bələdiyyələrə yaranan vergi borcları

Bələdiyyələr tərəfindən vətəndaşların əmlak və ya torpaq vergiləri üzrə yaranmış borcların Ədliyyə Nazirliyinin tabeçilində olan müvafiq icra şöbələri tərəfindən yığılması nə dərəcədə doğrudur? “vergiler.az”ın sualına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Məsələni araşdırmaq üçün bir neçə normativ hüquqi aktlara müraciət etməliyik. 27 dekabr 2001-ci il tarixdə qəbul edilmiş “İcra haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədləri sayılır.

Buradan görünür ki, bələdiyyə orqanlarının qəbul etdiyi inzibati aktlar icra məmurları üçün icra sənədlərinə aiddir. Bələdiyyələrlə bağlı digər normativ aktlara əsasən də bələdiyyələrin qəbul etdiyi qərarlar inzibati aktlar sayılır. Deməli, bələdiyyələrin əmlak, torpaq və digər vergilər və yerli ödənişlər üzrə borcların ödənilməsi haqqında qəbul etdiyi qərarlar icra məmurları üçün icra sənədi sayılır.

“İcra haqqında” Qanunun 8.1-ci maddəsində isə göstərilib ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.

Deməli, rayon icra şöbələri bələdiyyələrdən borcların alınması ilə bağlı qərarı və digər müşaiyyətedici sənədləri aldıqdan sonra 3 gün müddətində borcların alınması ilə bağlı icraata başlamalıdır. Buradan belə nəticə çıxarmaq olur ki, icra şöbələrinin əmlak, torpaq, digər vergi, eləcə də yerli ödənişlərin ödənilməsi ilə bağlı atdığı addımları düzgün qiymətləndirmək olar.

Vergi Məcəlləsində vətəndaşlardan torpaq və ya əmlak vergisinin tələb edilməsi ilə bağlı müddəalara nəzər yetirək.

Məcəllənin 200.4-cü maddəsinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

Vergi Məcəlləsinin 208.3-cü maddəsində isə göstərilib ki, müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

Deməli, Vergi Məcəlləsinin tələblərinə görə, vətəndaşlara həm torpaq vergisinə, həm də əmlak vergisinə görə bələdiyyə tərəfindən hesablamalar aparılmalıdır və tədiyə bildirişi avqust ayının 1-dək çatdırılmalıdır. Belə olan halda vətəndaşa tədiyə bildirişi çatdırılmamışdırsa, onda bələdiyyənin ondan hər hansı bir vergini tələb etməsi qanuna ziddir. Yəni vətəndaş onun əmlak və ya torpaq vergisi üzrə öhdəliyinin olduğunu bilməlidir. Bu isə bələdiyyə tərəfindən təqdim edilən tədiyyə bildirişinə görə müəyyənləşir.

Ancaq son zamanlar bələdiyyələr vətəndaşa heç bir tədiyə bildirişi çatdırmadan qeyri-qanuni olaraq süni surətdə borclar və faizlər hesablayırlar. Bu, yolverilməz haldır.

Belə hallarda vətəndaş vergilərin ödənilməsindən imtina edə bilər. Hətta vətəndaşa əvvəlki illər üzrə tədiyə bildirişi avqust ayının 1-dək verilməmişdirsə və əvvəlki illərə görə tədiyə bildirişi sonradan verilsə belə, vətəndaş vergini ödəməkdən imtina edə bilər. Çünki tədiyə bildirişinin təqdim edilməsinin son tarixi 1 avqustdur.

Bəs bələdiyyə tərəfindən vətəndaşa tədiyə bildirişinin şəkil, whatsapp mesajı və digər üsullarla göndərməsi mümkündürmü?

Bu üsullardan istifadə edilə bilər. Ancaq bu, tədiyə bildirişinin çatdırılması kimi qəbul edilmir. Tədiyə bildirişi vətəndaşın ünvanına əlbəəl və ya digər rabitə üsulları ilə çatdırılmalıdır. Odur ki, bu məslələrdə həm vətəndaşlar, həm də bələdiyyələr diqqətli olmalıdırlar ki, sonra məhkəmələrdə görüşməsinlər.

Bələdiyyə borclarına görə icra orqanları və ya məmurları vətəndaşın ölkədən getmək hüququna müvəqqəti məhdudlaşdırma qoya bilərmi?

Bu sualın cavabını da “İcra haqqında” qanunda axtarmalıyıq. Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Maddədən görünür ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması ancaq məhkəmə əmrləri, qərarları və vergi orqanının pul tələbləri olduqda qoyula bilər. Bələdiyyələr vergi orqanları deyil, yerli özünü idarəetmə orqanıdır və onların qərarları ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırmasına əsas vermir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 - YENİ

2. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

3. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

4. Əmək Qanunvericiliyi Toplusu 2023

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

8. Mühasibat uçotu 2022

9. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    05 Fevral 202600:49

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?

    05 Fevral 202600:42

    Sonuncu əmək haqqının məzuniyyət haqqı ilə müqayisəsi təhsil, “atalıq” və digər məzuniyyətlərə aid ediləcək?

    05 Fevral 202600:06

    FƏRQLİ YANAŞMA! Xəstəlik vərəqəsində dövlət qurumuna məlumat olduğu halda müavinətin ödənilməsi niyə dayandırılır? (3-cü yazı)

    04 Fevral 202608:50

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidir?

    03 Fevral 202610:25

    RƏSMİ: Xəstəlik vərəqəsi üzrə müavinətin hesablanma qaydası dəyişdirildi (2-ci yazı)

    Populyar məqalələr

    03 Fevral 202610:25

    RƏSMİ: Xəstəlik vərəqəsi üzrə müavinətin hesablanma qaydası dəyişdirildi (2-ci yazı)

    02 Fevral 202615:36

    RƏSMİ! Xəstəlik vərəqəsi üzrə müavinətin hesablanmasına dair Əsasnamə yeni redaksiyada təsdiqləndi

    16 Yanvar 202620:39

    RƏSMİ: Uşağın anadan olması ilə əlaqədar kişilər üçün 14 günlük “atalıq” məzuniyyəti təsdiqləndi

    03 Fevral 202601:06

    İNQİLABİ DƏYİŞİKLİK! Xəstəlik vərəqi üzrə müavinətlərin hesablanması artıq ƏMAS altsistemi üzərindən həyata keçiriləcək (1-Cİ YAZI)

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?.

    • 05 Fevral 2026

    İnsan resursları

    Sonuncu əmək haqqının məzuniyyət haqqı ilə müqayisəsi təhsil, “atalıq” və digər məzuniyyətlərə aid ediləcək?.

    • 05 Fevral 2026

    Məqalələr

    FƏRQLİ YANAŞMA! Xəstəlik vərəqəsində dövlət qurumuna məlumat olduğu halda müavinətin ödənilməsi niyə dayandırılır? (3-cü yazı).

    • 05 Fevral 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidir?.

    • 04 Fevral 2026

    Məqalələr

    RƏSMİ: Xəstəlik vərəqəsi üzrə müavinətin hesablanma qaydası dəyişdirildi (2-ci yazı).

    • 03 Fevral 2026

    Məqalələr

    İNQİLABİ DƏYİŞİKLİK! Xəstəlik vərəqi üzrə müavinətlərin hesablanması artıq ƏMAS altsistemi üzərindən həyata keçiriləcək (1-Cİ YAZI).

    • 03 Fevral 2026

    Sosial

    RƏSMİ! Xəstəlik vərəqəsi üzrə müavinətin hesablanmasına dair Əsasnamə yeni redaksiyada təsdiqləndi.

    • 02 Fevral 2026

    Məqalələr

    Bəzi işəgötürənlərin istinad etdiyi əmək müqaviləsinə xitam maddəsi niyə ləğv edildi?.

    • 02 Fevral 2026

    Məqalələr

    Əla xəbər! ƏMAS altsistemində üç yeni hesabatlıq forması tətbiq edilib.

    • 30 Yanvar 2026

    Nəşrlərdən seçmələr

    Könüllü açıqlamanın əhatə dairəsi necə genişləndirildi?.

    • 28 Yanvar 2026

    Nəşrlərdən seçmələr

    Avans qaimə-fakturaları ilə bağlı hansı iki düzəliş həyata keçirildi?.

    • 27 Yanvar 2026

    Sosial

    ƏLA XƏBƏR! sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 1 il uzadılır.

    • 23 Yanvar 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur