Mks.az saytının ekspertləri "Vergi uçotu: A-dan Z-yə" kitabının hazırlanması ilə bağlı işi davam etdirirlər. Kitabda praktikada tətbiq edilən vergi uçotunun əsas komponentləri vergi qanunvericiliyi ilə yanaşı, əmək, sosial və mülki qanunvericilk aktları ilə əlaqəli şəkildə nəzərdən keçirilir, nəzəri biliklərin verilməsi istsina olunur.
Kitabın işlənməsi prosesində gözlənildiyindən daha çox məsələlərin əhatə olunması zərurəti ortaya çıxdığından "Vergi uçotu: A-dan Z-yə" nəşrinin çapı bir qədər ləngiyir. 20-yə yaxın bölmə və ekspertlərimiz tərəfindən hazırlanan 100-dən çox nümünəvi formanın əhatə olunduğu kitabı mayın ikinci ongünlüyündə oxucuların istifadəsinə verməyi planlaşdırırıq.
İnanırıq ki, yalnız keyfiyyətli nəşr ərsəyə gətirməyin vəsilə olduğu gecikmə hörmətli oxucularımız tərəfindən anlayışla qarşılanacaq.
Sifariş üçün əlaqə vasitələri: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., 050-368-12-72 vəya 012-564-86-85