Qiymətli- Hədiyyə --- Yanvar ayının LƏTİFƏSİ---

Qiymətli- Hədiyyə --- Yanvar ayının LƏTİFƏSİ---

Qırmızı körpüdə növbədə olan üç gömrük işçisi yoldaşlarına ad günü münasibətilə hansı hədiyyə verməyi müzakirə edir. Gömrükçülərdən biri deyir:

Gəlin, onaMersedes-600” hədiyyə edək.

Digərləri etiraz edirlər:

- OnunMersedes-600”-ü var.

İkincisi deyir:

- Onda Kanar adalarında mülk bağışlayaq.

Digərləri yenə etiraz edirlər:

- Onun Kanar adalarında 9 mülkü var.

Üçüncü gömrükçü deyir:

-  Onda gəlin, hədiyyə kimi bugün bütün növbəni işləməyi ona həvalə edək.

Digər iki gömrükçü eyni vaxtda qışqırır:

- Dəli olmusan? Ona bu qədər qiymətli hədiyyə vermək olar?!

0 Komment

    Şərh yazın

    Xəbərlər