Sual: Altay müəllim, jurnalımızın daimi oxucularından olan mühasib Zeynalov Fərid soruşur ki, təşkilatdakı boş iş yeri üçün işçi götürən təşkilat mütləq məşğulluq idarəsinə məlumat verməlidirmi? Əgər məlumat verməzsə, təşkilata hər hansı cərimə tətbiq oluna bilərmi?
Cavab: Əmək Məcəlləsində boş iş yerləri haqqında hər hansı bir orqana məlumatın verilməsi nəzərdə tutulmayıb. Bu proses artıq digər normativ aktlarla (məsələn, «Məşğulluq haqqında» Azəbaycan Resublikasının Qanunu) tənzimlənir. Belə normativ aktlarda məşğulluq idarəsinə boş iş yerləri (vakansiyalar) haqqında məlumatların hesabat formasında verilməsi nəzərdə tutulur. Bu hesabat formaları təsdiq olunub və hesabatların təqdim olunması müddətləri də müəyyənləşdirilib. Hesabatların vaxtında verilməməsinə görə isə, İnzibati Xətalar Məcəlləsində 30 manatdan 40 manatadək cərimə nəzərdə tutulur.
Cümə axşamı, 22 Dekabr 2011 10:13
Boş iş yeri üçün işçi götürən təşkilat mütləq məşğulluq idarəsinə məlumat verməyəndə hansı məbləğdə cərimələnir?
Çap et
Digər
Şərh yazın