Vergilər Nazirliyi: Vergi ödəyicilərinin fəaliyyəti mikroiqtisadi səviyyədə araşdırılacaq

Vergilər Nazirliyi: Vergi ödəyicilərinin fəaliyyəti mikroiqtisadi səviyyədə araşdırılacaq

İqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması aparılacaq.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirir ki, vergi sistemində əvvəllər də risklərin təhlili və analitik araşdırmalar mövcud olub: "Lakin bu məlumatların daha dərin səviyyədə araşdırılması və əlaqələndirilməsi, müəssisənin mikroiqtisadi səviyyədə təhlil edilməsii zəruridir. Əsas hədəfimiz vergi sisteminin məlumat bazasını (bunlara dövriyyə göstəriciləri, vergi ödəmələri, anbar ehtiyatları, müəssisənin hansı ticarət markası altında işləməsi və s. aiddir) optimallaşdırmaqla vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin mövcud vəziyyətini tam təhlil etmək imkanlarının əldə edilməsidir. Bu əsasda müəssisələr səviyyəsində mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaq. Bu təhlillər müəssisələrin vergi ödəmələri sahəsində vəziyyətini tam açıqlığı ilə ortaya qoyacaq."

E.Ağakişiyevin sözlərinə görə, dünya ölkələrinin praktikasında müasir mikroiqtisadi təhlil prosesində üçüncü tərəflərin məlumatlarından da istifadə edilir. Məsələn, müəssisənin dövriyyəsi ilə yanaşı, onun istehlak etdiyi enerji və s. göstəricilərdən də istifadə edilə bilər. Belə təhlillər nəticəsində müəssisənin risk profili yaradılacaq, proqnozlaşdırma modelləri müəssisənin inkişafnın daha dəqiq xəritəsini yaradacaq.

Bununla yanaşı, Vergilər Nazirliyi vegi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılmasını nəzərdə tutur. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil, ümumilikdə idarəedici qərarlar üçün də vacibdir.

E.Ağakişiyevin sözlərinə görə, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki, sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli, əlverişli və sərfəli olduğunu başa düşsünlər.

Bununla yanaşı, iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaq.

E.Ağakişiyev bildirir ki, bu sahələrlə işin yenidən qurulması daha geniş təhlil bazasına əsaslanan yanaşmaların tətbiqi ilə əlaqədardır. Aksizli mallar sektoru olduqca böyükdür. Aksizlərin tətbiqi belə malların dövriyyəsini nəzarətdə saxlamaq üçün mühüm vasitədir. Eyni zamanda, bu sahədə təminat zənciri boyunca – istehsalçı və idxalçıdan başlamış topdansatış, distyubütor, pərakəndə satış həlqələrinə qədər malın hərəkətini izləmək, anbar ehtiyatlarını müəyyən etmək və əməliyyatları və ödəmələri nəzarətdə saxlamağa imkan verir.

Neft-qaz şirkətləri ölkə iqtisadiyyatında mühüm paya malikdirlər və onlarla aparılan işlərin daha geniş və dərin geniş təhlili zəruridir.

Nağdsız ödəmələrin inkişaf etdirilməsi üçün isə maliyyə-sənaye qrupları ilə işlərin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, banklar, prosesinq şirkətləri ilə əməkdaşlıq genişləndiriləcək. Nağdsız ödəmələr sahəsində son istifadəçi kartdan istifadəyə həvəsləndirilməlidir. Bu həm dövriyyələrin artması baxımından banklar üçün, həm də leqallaşma baxımından dövlət üçün səmərəlidir. Vergilər Nazirliyi vergidən yayınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsi üçün müvafiq addımlar atacaq.

 

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər