Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli: "Biz tərəziyə qoyub seçim etməliyik ki, özəl sektoru dəstəkləmək daha vacibdir, yoxsa dövlət sektorunu"

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli: "Biz tərəziyə qoyub seçim etməliyik ki, özəl sektoru dəstəkləmək daha vacibdir, yoxsa dövlət sektorunu"

Millət vəkili Əli Məsimli: "Əmək haqqından gəlir vergisi üzrə təklif edilən dəyişikliklərin təkmilləşdirilməsinə ehtiyac var"

“Ölkədə neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən gəlir vergisinin 2500 manata qədər olan hissəsindən 14% və 2500 manatdan yuxarı olan hissəsindən 25% verginin tutulduğu bir vaxtda, 8000 manata qədər özəl sektorun vergidən azad edilməsi xoşdur. Amma 2500 manata qədər və ondan yuxarı olanların fonunda əsaslandırılması çətin olan məsələdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. “İndi də yenidən 7 ildən sonra özəl sektorda həmin vergilərin mərhələli şəkildə bərpa olunmasının əlavə izahlara, əsaslandırmalara ehtiyacı var. Bu, ümumi işdir və çalışmaq lazımdır ki, daha mükəmməl variantda hazırlansın. Elə bil ki, diskussiya aparmısınız və MM-ə təqdim olunması zamanı gəlib çatıb, amma çiy materialdır. Onun təkmilləşdirilməsinə ehtiyac var”, - deputat bildirib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib: “Dövlət sektorunda verginin 25%, özəl sektorda isə 14% tətbiq olunması məsələsi qaldırıldı. Dövlət və özəl sektorlar arasında olan fərq yəqin ki, siyasət seçimi fərqidir.

Biz hesab edirdik ki, 2018-2019-cu ildən başlayaraq tətbiq olunan güzəştlər qeyri-neft və özəl sektor üçün ən mühüm güzəştlərdən biri idi, dəstək mexanizmi idi. Biz bu gün də başa düşürük ki, işçi ilə işəgötürən arasında rəsmiləşən əməkhaqlarına daha çox işəgötürən təsir edir. Buna daha çox işəgötürənin xərci kimi baxılır. O baxımdan özəl sektora hökumətdaxili müzakirələr nəticəsində güzəştlərin davam etdirilməsi qərarı qəbul olundu.

Dövlət və neft sektorlarında bunun fərqli formada qalmasının və ya onu özəl sektora uyğunlaşdıra bilərikmi, bəli, bilərik. Yəqin ki sonda hansısa dövlət-büdcə gəlirlərinə təsiri olacaq. Biz tərəziyə qoyub seçim etməliyik ki, özəl sektoru dəstəkləmək daha vacibdir, yoxsa dövlət sektorunu?”.

Nuranə Daxilqızı

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər