Çünki bəzi hallarda eyni növ məhsul həm quş yemi, həm də insan qidası kimi nəzərdə tutula bilir. Bu səbəbdən də Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə edilən dəyişiklik nəticəsində azadolma tətbiq edilən yem və əlavələrinin siyahısının hazırlanması səlahiyyəti Nazirlər Kabinetinə verilmişdi.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzaladığı 30 iyun 2022-ci il tarixli, 251 saylı qərarına əsasən, “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiq edilib. Qeyd edək ki, qərar 2022-ci il 1 yanvar tarixindən tətbiq edilir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarı ilə Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin siyahısını yazının sonundakı fayldan yükləyə bilərsiniz.
"MKS Academy" MMC-dən növbəti tematik təlim
Təlimin adı: “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”
Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq
Tarix: 16 iyul 2022-ci il saat 15:00
Müddət: 4 saat
Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.