12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah)

12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah)

Satışı davam edən "Əmək Məcəlləsi 2026" (1 may 2026 tarixinə olan son dəyişikliklərin izahı) kitabından seçmə

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinin “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi” adlanan ikinci hissəsi əmək məzuniyyətinin hansı hallarda 12 aydan az müddət üzrə hesablanmasını tənzimləyir.
Dəyişikliyə qədər normada göstərilirdi ki, işçi 12 təqvim ayından az işləyib məzuniyyət hüququndan istifadə edərsə, onun orta aylıq əmək haqqı faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Bəzi həmkarlarımız maddədəki “12 təqvim ayından az işləyib” ifadəsini belə şərh edirdi ki, işçinin müəyyən dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu aylar da hesablama dövründən çıxarılmalıdır.
Məsələn, işə qəbul edilən işçi əmək məzuniyyətindən istifadə etdikdə məlum olur ki, son 12 ayın dördüncü ayında ödənişsiz məzuniyyətdə olduğuna görə həmin ayı tam işləməyib. Bu halda bəzi həmkarlar son 12 ay üzrə deyil, 11 ay üzrə hesablama aparırdı.
Lakin maddənin mahiyyəti 12 aydan az müddətdə əmək münasibətində olan işçilər üçün hesablama mexanizmini müəyyən etməkdir. Son 12 ay ərzində ödənişsiz məzuniyyət dövrünün nəzərə alınmaması düzgün yanaşma hesab edilmir.
Məhz bu səbəbdən maddədə “işləyib” sözü “əmək münasibətində olub” sözləri ilə əvəz edilmişdir.
Beləliklə, Məcəllənin 140-cı maddəsinin ikinci hissəsinə əsasən, 12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Mİsal. İşçi 15 yanvar 2026-cı il tarixdə işəgötürənlə əmək müqaviləsi bağlamışdır. Həmin işçi avqust ayında əmək məzuniyyəti hüququndan istifadə etmək istədikdə, orta əmək haqqının hesablanması üçün əvvəlki 12 ay mövcud olmur.
Bu halda hesablama üçün aşağıdakı aylar nəzərə alınmalıdır:
- Fevral 2026;
- Mart 2026;
- Aprel 2026;
- May 2026;
- İyun 2026;
- İyul 2026.
Göründüyü kimi, 2026-cı ilin yanvar ayı nəzərə alınmır. Çünki işçi 15 yanvar tarixində işə qəbul olunduğundan həmin ay tam təqvim ayı hesab edilmir.
Misalın davamı olaraq, əgər işçi fevral ayında öz təşəbbüsü ilə ödənişsiz məzuniyyətdən istifadə etmişdirsə, buna baxmayaraq fevral ayı hesablama dövrünə daxil ediləcək. Çünki 140-cı maddədə qeyd edilən “faktiki işlədiyi tam təqvim ayları” anlayışı əmək münasibətinin başlandığı ilkin ayın natamam olması halına şamil edilir, ödənişsiz məzuniyyət səbəbindən tam işlənməyən aylara deyil.
Əgər işçi 15 yanvar deyil, 1 yanvar 2026-cı il tarixdən işə başlamış olsaydı, həmin ay da tam təqvim ayı kimi nəzərə alınacaqdı
Yekun olaraq bildirək ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsinə edilən dəyişiklik həmin maddənin əvvəlki praktikada formalaşmış fərqli yanaşmaların tam aradan qalxmasına təminat vermir. Cünki, Maddədə qeyd edilən “faktiki işlədiyi tam təqvim ayları” ifadəsinin dəqiq sərhədi normada açıq izah edilməyib və bu anlayışın yalnız ilkin natamam aya aid olduğu qanun mətnində birbaşa göstərilmir.

2026-cı il üzrə yenilənmiş “Əmək Məcəlləsi” kitabının satışı davam edir

Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.

Əmək Məcəlləsində son dəyişikliklərin izahı -   150 + səhifə
Konstitutsiya Məhkəməsinin 18 fevral tarixli qərarı üzrə izahlar - 10+ səhifə
 Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sosial məzuniyyətlə bağlı NK Qərarın izahı  - 50+ səhifə 
Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.

Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər