İnformasiya texnologiyaları sahəsində çalışan hansı mütəxəssislər 20 il müddətində gəlir vergisindən azaddırlar?

İnformasiya texnologiyaları sahəsində çalışan hansı mütəxəssislər 20 il müddətində gəlir vergisindən azaddırlar?

Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə əsasən, süni intellekt texnologiyalarının hazırlanması istiqamətində xidmət göstərən fiziki şəxslər 20 il müddətində gəlir vergisindən azadolmalar və güzəştlər əldə edəcəklər.

Layihədə qeyd olunur ki, rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən fiziki şəxslərin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi gəlir - 2026-cı il iyulun 1-dən 20 il müddətinə gəlir vergisindən azaddır.

Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir.

Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara (aparat-texniki vasitələrə) vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və "nou-hau" inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı hallarda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirinə bu azadolma şamil edilmir.

Həmçinin rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend - 2026-cı il iyulun 1-dən 20 il müddətinə gəlir vergisindən azaddır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər