İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?

Satışı davam edən "Əmək Məcəlləsi 2026" (1 may 2026 tarixinə olan son dəyişikliklərin izahı) kitabından seçmə

Həmkarlarımızı maraqlandıran digər məsələ işçinin işlədiyi dövrdə və ya əmək müqaviləsinə xitam zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablandıqda sonuncu əmək haqqı ilə müqayisənin aparılıb-aparılmamasıdır. Əmək Məcəlləsinin 140-ci maddəsinin dördüncü hissəsində qeyd edilir ki, bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir. Həmin maddədə nəzərdə tutulan prosedur yalnız istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanmasına aiddir.
İşəgötürən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesabladıqda, əmək məzuniyyətində olduğu kimi, son 12 ayın nəzərə alınan gəlirlərini toplayır, 12-yə bölür və alınan nəticəni 30,4-ə bölərək bir günlük məbləği müəyyən edir. Sonra bu məbləğ istifadə edilməmiş məzuniyyət günlərinin sayına vurulur. Əmək Məcəlləsinin 111-ci maddəsi isə yalnız məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatını tənzimləyir. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənildiyi halda, işçi məzuniyyət hüququndan istifadə etmədiyi üçün sonuncu əmək haqqı ilə müqayisə aparılmır. Yekun olaraq qeyd edək ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, istər işçinin işlədiyi dövrdə, istərsə də əmək müqaviləsinə xitam zamanı hesablandıqda, sonuncu əmək haqqı ilə müqayisənin həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.

2026-cı il üzrə yenilənmiş “Əmək Məcəlləsi” kitabının satışı davam edir

Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.

Əmək Məcəlləsində son dəyişikliklərin izahı -   150 + səhifə
Konstitutsiya Məhkəməsinin 18 fevral tarixli qərarı üzrə izahlar - 10+ səhifə
 Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sosial məzuniyyətlə bağlı NK Qərarın izahı  - 50+ səhifə 
Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.

Sifariş və ətraflı məlumat üçün:
055-368-12-72 (WhatsApp aktivdir)

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər